turaztv.az
turaztv.az

Nazir bu gündən 190 manatın veriləcəyini açıqladı

9-04-2020, 12:03 111 dəfə baxılıb

Nazir bu gündən 190 manatın veriləcəyini açıqladı
Bu gündən 190 manat dəyərindəki birdəfəlik ödənişlərin vətəndaşlara verilməsinə başlanılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-də qonaq olan zaman deyib. Nazir bildirib ki, 9 apreldə ilk araşdırmadan keçən insanlara ödənişlər ediləcək:

“Birdəfəlik ödəmələrin verilməsinə 9 apreldən başlanılması planlanıb. Ancaq sayın kifayət qədər çox olduğunu nəzərə alsaq, bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq. Artıq 30 min insanın məlumatı emal olunub. Onlara ödənişlərlə bağlı qərar qəbul edilib”.

Nazir vurğulayıb ki, dövlətin sosial öhdəliyi yaşayış minimumundan aşağı vəsait alan insanlara dəstək verməkdir: “Bu gün 1000 manat, 5000 manat, 800 manat məvacib alanlara xüsusi dəstək ayrılmalı deyil. Repetitor kimi fəaliyyətini dayandıran müəllim həm də çalışdığı təhsil müəssəsindən əmək haqqı alır. Ölkədə müəllimin orta əmək haqqısı 500 manatdır, ona işsizlər üçün ayrılmış məvacibin verilməsi doğru olmaz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

May 2020 (437)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)