turaztv.az
turaztv.az

Bu gün onlar da pensiya ala bilər

9-04-2020, 11:14 97 dəfə baxılıb

Bu gün onlar da pensiya ala bilər

Bu gün Bakının 3 rayonu üzrə pensiya ödənişləri həyata keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, Nizami, Nərimanov və Xətai rayonları sakinləri bu gün pensiya ala biləcək.
Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərsiniz.
Qeyd edək ki, "Covid-19" pandemiyası ilə əlaqədar yaşı 65-dən daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən, həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

May 2020 (437)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)