turaztv.az
turaztv.az

İngiltərə klubu Dadaşovu yenidən başqa komandaya göndərə bilər

7-04-2020, 15:01 71 dəfə baxılıb

İngiltərə klubu Dadaşovu yenidən başqa komandaya göndərə bilər

Azərbaycan millisinin və İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov yenidən icarəyə verilə bilər.

Turaztv.az vitalfootball.co.uk saytına istinadən xəbər verir ki, futbolçumuzun bu klubdakı taleyi hələ də qeyri-müəyyəndir.

Hələlik əsas heyətə düşə bilməyən gənc hücumçunun yenidən icarəyə veriləcəyi gözlənilir. O, hazırda klubun 23 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir. Renat “Liverpul” və “Tottenhem”in U-23 komandalarına qol vurmağı ilə diqqəti öz üzərinə çəkməyi bacarıb.

Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda icarə əsasında çıxış edib. O, yarımçıq qalmış cari mövsümün ilk hissəsində çıxış etdiyi Portuqaliya çempionatında yeddi oyuna çıxıb və qol vurmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İyul 2020 (145)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)