turaztv.az
turaztv.az

Koronavirusla birgə mübarizə aparan 88 yaşlı cütlük pandemiyaya qalib gəldi

7-04-2020, 10:21 45 dəfə baxılıb

Koronavirusla birgə mübarizə aparan 88 yaşlı cütlük pandemiyaya qalib gəldi
İspaniyada 65 il birgə yaşayan cütlük eyni gündə koronavirusa qalib gələrək, xəstəxanadan evə buraxılıb.

Elpais.com xəbər verir ki, 1955-ci ildə ailə həyatı quran Xose Prieto Serrudo və Qvadalupe Matas Ernandesin yeddi qız övladı var.

8 martda cütlük evliliklərinin 65 illiyini qeyd edib. Bir gün sonra isə Xose Prieto yüksək hərarətdən və şiddətli baş ağrılarından şikayət edərək, xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi müsbət çıxıb.

Bir neçə gün sonra Qvadalupe Matas da koronavirusa yoluxub və onu həyat yoldaşının müalicə aldığı xəstəxanaya yerləşdiriblər.

Xəstəxananın qaydalarına görə, müalicə alan şəxslərin ayrı palatalarda yatması tələb olunsa da, cütlüyün bir yerdə qalmasına icazə verilib.

Birlikdə COVID-19-la mübarizə aparan ər-arvad pandemiyaya qalib gələrək, eyni gündə evə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İyul 2020 (145)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)