turaztv.az
turaztv.az

Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI

3-04-2020, 16:20 145 dəfə baxılıb

Jurnalistlər, DİQQƏT! - Koronavirusdan belə qorunun - Baş infeksionist DANIŞDI

Koronavirusa yoluxma təhlükəsi hər yerdə var. Bəzən heç ağlımıza gəlməyən vasitələrlə də yoluxmaq olar. Karantin günlərində işləməsinə icazə verilənlər arasında KİV nümayəndələri də var. Həmkarlarımız koronavirus təhlükəsindən uzaq qalmaq üçün hər kiçik görünən məqama diqqət etməlidir. Məsələn, gündəlik işlətdiyimiz mikrofonlar da yoluxmaya səbəb ola bilər.



Ölkənin baş infeksionisti Cəlal İsayev Lent.az -a bildirib ki, xəstə bir insan mikrofona danışarsa, qulpuna toxunarsa virusları ötürə bilər: “Məsələn, virusa yoluxan bir adam mikrofona danışır. Onun ağzından çıxan damcılarda olan koronavirus mikrofana yapışa bilər. Həmin mikrofon ağıza toxunarsa, kimsə ona əlini vurduqdan sonra üz-gözünə sürtərsə, virusa yoluxa bilər.



Həmin mikrofonu danışması üçün ikinci adama tutanda da təhlükəli ola bilər”.

Həkimin sözlərinə görə, mikrofonu dezinfeksiya etmək, yuyub təmizləmək onun keyfiyyətinə təsir edəcəyi üçün bu günlərdə ondan istifadə edilməməsi daha yaxşı olar: “Mikrofonda olan virusları yox etmək üçün gərək onu bir neçə gün 50 dərəcədən yuxarı temperaturda saxlayasan”.

Baş infeksionist bir daha vurğulayıb ki, üzbəüz danışanda ağzımızdan çıxan damcılar 1,5 metr məsafəyə qədər gedə bilər: “Asqırıb-öskürəndə isə ağızdan çıxan damçılar 3 metrə kimi yayıla bilir. Ona görə də 1,5 metr məsafədən yaxın olanda yoluxdurma ehtimalı daha çox olur, məsafə çoxaldıqca ehtimal aşağı düşür. Maska taxıb danışdıqda isə yoluxma ehtimalı qat-qat aşağı düşür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İyul 2020 (144)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)