turaztv.az
turaztv.az

“Sədərək”də sahibkarlar yer pulundan azad olundu

23-03-2020, 20:26 70 dəfə baxılıb

“Sədərək”də sahibkarlar yer pulundan azad olundu
Koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri (“Mall”lar) fəaliyyətini bir ay müddətinə dayandırır. “Sədərək” Ticarət Mərkəzinin İdarə Heyətində isə koronavirusla bağlı müşavirə keçirilib.

Bu barədə Oxu.Az-a Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov məlumat verib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar vətəndaşlara kömək məqsədilə mərkəzdə işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:

“İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yer pulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, “Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.

Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, “Sədərək” Ticarət Mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizə Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.

M. Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (85)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)