turaztv.az
turaztv.az

“Bakıxanov Rezidens”dən koronavirusla mübarizəyə dəstək

23-03-2020, 20:04 69 dəfə baxılıb

“Bakıxanov Rezidens”dən koronavirusla mübarizəyə dəstək
“Bakıxanov Rezidens Komplekslər Qrupu” Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manatlıq ianə edib.

Şirkətin rəhbərliyi və kollektivi cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Qeyd edək ki, İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (83)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)