turaztv.az
turaztv.az

"Kristal Abşeron"dan Koronavirusla Mübarizəyə 100 min manatlıq dəstək

21-03-2020, 22:24 91 dəfə baxılıb

"Kristal Abşeron"dan Koronavirusla Mübarizəyə 100 min manatlıq dəstək
"Kristal Abşeron" şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manatlıq dəstək olunması ilə bağlı qərar verib.
Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

Şirkətdən verilən açıqlamaya əsasən, şirkət eyni zamanda "COVİD 19" virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən "Kristal Abşeron"a daxil olan bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.

Bununla yanaşı "Kristal Abşeron"a daxil olan ticarət obyektlərində fəaliyyət göstərən icarədarlara 2020-ci ilin mart və aprel aylarının icarə haqqları üzrə endirimlər tətbiq ediləcək.

"Kristal Abşeron" bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna "COVİD 19" virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (83)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)