turaztv.az
turaztv.az

İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr dedi - VİDEO

21-03-2020, 21:27 114 dəfə baxılıb

İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr dedi - VİDEO
Dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkö İtaliyadır.

İtaliyada bu günə qədər 47 mindən çox insan virusa yoluxub, 4076 insan dünyasını dəyişib.

15 ildir ki, İtaliyada həkim kimi çalışan həmyerlimiz Bahar Yusifzadə pandemiya ilə bağlı AZXEBER.COM-a özəl müsahibə verib.

O deyib ki, Milanda yaşayır və orada vəziyyət çox gərgindir:

"İtalyanın Milan şəhərində yaşayıram. San Rafael hospitalının kardiologiya şöbəsində
həkiməm. Hazırda İtaliyanın şimal bölgəsində virusla bağlı ən kritik vəziyyətdir. Koronovirus ilk dəfə olaraq elə bu əyalətdə başladı. Dəqiq hesablamalara görə burada virusa yoluxanların sayı 41 mindir. Milanın ətrafında olan bölgələrdə yaşlı əhalinin sayının çox olması ilə əlaqədar ölənlərin sayı daha çoxdur”.

Bahar Yusifzadə koronavirusun İtaliyada nəyə görə bu qədər geniş yayılmasından da danışıb:

"Koronavirus ilk dəfə yayılanda heç kəs bu qədər ciddi olacağına inanmırdı. Burada heç kim onu ciddiyə almadı, hamı zarafatla qarşıladı. İndi isə heç kim qarşısını ala bilmir, hər kəs çarəsizdir. Mən düşünürəm ki, virus haqda məlumat olan zaman karantin rejimi elan olunmalı idi. O zaman bu qədər ölüm olmazdı”.


Bahar Yusifzadə Azərbayxan xalqına da müraciət edib: "Azərbaycan dövləti çox gözəl işlər görür, önləyici tədbirlər görür. İtaliyada bunu etmədilər, çox gec qaldılar. Mən sadəcə xalqımıza deyirəm ki, özlərinə karantin etsinlər, evdən bayıra çıxmasınlar. Mən sizin qədər şanslı deyiləm, işimə görə hər gün xəstəxanaya getməliyəm. Evdə otursaz, xəstəlik geniş yayılmaz. Buradakı tələbələrə də deyirəm ki, Azərbaycana dönmək lazım deyil. Onsuzda dönən kimi karantində qalacaqsız, ondansa burada evinizdə qalın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (83)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)