turaztv.az
turaztv.az

Almaniyada koronavirusa yoluxanların sayı kəskin artıb

21-03-2020, 20:22 80 dəfə baxılıb

Almaniyada koronavirusa yoluxanların sayı kəskin artıb
Almaniyanın “n-tv” televiziyası ölkədə koronavirusa yoluxanların sayının 19 min 711-ə çatdığını bildirib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu rəqəm Almaniyada virusa yoluxma səviyyəsinə dair statistikanı aparan “Robert Koch” İnstitutunun hesablamalarında 6 min çoxdur.

Almaniya Səhiyyə Nazirliyinin tabeliyində olan “Robert Koch” İnstitutunun martın 20-nə olan rəsmi məlumatında isə virusa yoluxanların ümumi sayı 13 min 957 nəfərdir. Onlardan 31 nəfəri dünyasını dəyişib.

İnstitut rəhbərliyi məlumatdakı uyğunsuzluqlardan xəbərdar olduğunu bildirərək mətbuatın açıqladığı rəqəmə aydınlıq gətirib.

Bildirilib ki, ölkə üzrə virusa yoluxma hadisəsinə mətbuat daha cəld reaksiya verir. İnstitut isə gündə bir dəfə regionlardan məlumatları qəbul edir və bu zaman “müvəqqəti geriləmə” müşahidə edilir. Bu səbəbdən də institutun elan etdiyi rəqəmlərlə medianın məlumatları fərqlənir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (84)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)