turaztv.az
turaztv.az

Daha 123 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

19-03-2020, 13:07 89 dəfə baxılıb

Daha 123 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Martın 19-na keçən gecə “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə daha 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir – ötən gün Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Məlumata əsasən, həmçinin martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (83)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)