turaztv.az
turaztv.az

Dörd uşaq anasının intihar etməsinə rəsmi münasibət

19-03-2020, 10:39 84 dəfə baxılıb

Dörd uşaq anasının intihar etməsinə rəsmi münasibət
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir neçə gün öncə intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın qayınatası və qayınanası tərəfindən işgəncələrə məruz qalaraq öldürülməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsindən bildirilib ki, qeyd olunan hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq məsələnin hazırkı durumu haqqında məlumat alıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və aidiyyəti istintaq işləri aparılır.
Məsələnin humanitar (sosial-ictimai) aspektləri ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nümayəndələri ailəyə baş çəkib, mövcud vəziyyət ilə maraqlanıb.
Uşaqların hazırkı psixoloji durumu qiymətləndirilərək onların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Məsələ Dövlət Komitəsinin və regiondakı Uşaq və Ailələrə Dəstək Mərkəzinin diqqətindədir. (Report.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Aprel 2020 (85)
Mart 2020 (292)
Fevral 2020 (358)
Yanvar 2020 (415)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)