Elman Rüstəmov: Amerika iqtisadiyyatı asqıranda...
Bu yaxınlarda Sinqapur iqtisadiyyatında müəyyən prosesləri tədqiq etdirdik. Baxırdıq ki, Sinqapurun iqtisadiyyatında müəyyən problemlər yaranır.
Turaztv.az xəbər verir ki, bunları Real TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
E.Rüstəmovun sözlərinə görə, problemlərin yaranmasının maraqlı amilini tapıblar:
“Gördük ki, bütövlükdə Sinqapur iqtisadiyyatı Çin iqtisadiyyatına olduqca böyük həcmdə, çox yüksək səviyyəli elmi-texniki xidmətlər göstərir. Artıq bu xidmətlərin həcmi kifayət qədər azalmağa başlayıb. Nəyə görə? Çünki Çin özü artıq çox ciddi elmi-innovativ infrastrukturunu yaradıb.
Vaxtilə məlum məsəl vardı - “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”. Bu, 70-80-ci illərdə iqtisadçılar arasında yayılmışdı. Bu gün də Çin iqtisadiyyatı həm məcazi, həm də birbaşa mənada xəstələnəndə, bütövlükdə dünya iqtisadiyyatına – qlobal iqtisadiyyata, qlobal ticarətə və onunla əlaqədar olaraq beynəlxalq əmtəə bazarlarına, o cümlədən də enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərmə potensialı var”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay