Xəbərlər
11.03.2020, 21:27
Lider TV-nin yayımı bərpa olundu
Lider TV-nin yayımı bərpa olunub.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, Lider telekanalı əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Qeyd edək ki, dünən axşam saatlarından etibarən Lider TV-nin yayımı dayanıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilməyib. O qeyd edib ki, bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək, telekanalın maliyyə borcu var.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay