turaztv.az
turaztv.az

İtaliyanın bütün ərazisi karantinə alındı

10-03-2020, 13:25 84 dəfə baxılıb

İtaliyanın bütün ərazisi karantinə alındı
İtaliyanın Baş naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini elan edib.
O, qeyd edib ki, ölkədə koronavirusa yoluxma və ölüm hallarının sayının artması ilə bağlı son məlumatları nəzərə alaraq, hökumət Lombardiyaya və digər bir neçə başqa zonaya aid tədbirləri bütün ölkə üzrə genişləndirməyə qərar verib.

Baş nazir dəqiqləşdirib ki, hərəkətlər yalnız tutarlı səbəblər olduğu halda mümkündür. Ölkədə ancaq iş və ya ailə şəraiti üzündən zərurət, həmçinin sağlamlıq vəziyyəti ilə bağlı səbəblər hərəkətə imkan verəcək. Yeni qaydalar bu gün - martın 10-da qüvvəyə minib.

Bundan başqa, Konte İtaliyadakı bütün təhsil müəssisələrinin aprelin 3-ə qədər bağlandığını da elan edib.

"Biz tədbir görürük, hansılar ki, onu “mən evdə qalıram” - deyə xarakterizə edə bilərəm", - deyə hökumət başçısı bildirib.

“Report” xatırladır ki, son məlumatlara əsasən, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Ölkədə 700-dən çox insan sağalıb. Koronavirus İtaliyada 463 nəfərin həyatına son qoyub. (virtualaz.org)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İyul 2020 (146)
İyun 2020 (542)
May 2020 (452)
Aprel 2020 (402)
Mart 2020 (292)
Fevral 2020 (358)