Xəbərlər
9.03.2020, 12:26
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib.
Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay