Hikmət Mirzəyev üçün əlamətdar GÜN


Bu gün müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum tarixidir.

Generalın 56 yaşı tamam olur.

General-leytenant Hikmət İzzət oğlu Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.

1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan H.Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.

Cəbrayıl işğaldan azad olunarkən dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.

General Hikmət Mirzəyevin komandanlığı ilə Xüsusi Təyinatlı Qüvvələrin Şuşanın azad edilməsi uğrunda həyata keçirdiyi unikal əməliyyat dünyanın müxtəlif hərbi mərkəzlərinin də diqqətini cəlb edib.

O, aşağıdakı təltiflərə layiq görülüb:

Azərbaycan Respublikası Prezidentinin
01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni,
24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı,
21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,
24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,
09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı,
24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı,
25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı,
29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı,
29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı,
29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı,
24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı,
07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

11.01.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.

Son xəbərlər

Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi

"Real" səfərdə qalib gəldi

Zelenski: Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır

Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib

Azərbaycanlı tələbələr Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsinə başlayıblar

“Deha”nın çəkiliş meydançasında hadisə - Təcili əməliyyat olundu

Neslihanla Kadir ilk dəfə oğulları ilə - Foto

Tramp onu Ukraynaya xüsusi elçi təyin etdi

Leyla Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR

Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq

Trampın əmrindən sonra ordu husilərin mövqelərini bombalamağa başlayıb

Məhəmməd Nərimanoğlu ; Atadan oğula qalan yadigar: “Əl işi” el işi

Sumqayıtda liposaksiya etdirən qadın öldü

Məhəmməd NƏRİMANOĞLU : GÖYÇƏ HƏSRƏTLİ, TƏBRİZ NİSGİLLİ ŞAİR...

Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb

Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı

Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı FƏRMAN

Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər

Rusiya, Belarus və Tacikistan prezidentlərinin qeyri-rəsmi görüşü olub

SON DƏQİQƏ! Azərbaycanda kütləvi həbslər başladı: Siyahıda kimlər var?/FOTO

Rusiya ilə sülh danışıqlarında Ukraynanı onlar təmsil edəcək

Ərdoğanın müşaviri: Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq

Hava kəskin dəyişir - Sulu qar, qar yağacaq

ÜRƏK ADAMI - FOTOLAR

Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Avtobusları telefondan izləyə biləcəyik - Yeni proqram HAZIRLANIR

Leyla və Arzu Əliyevalar UNEC-də Çin dili təhsili alan tələbələrlə - FOTOLAR

Fransada yeni parlament seçkiləri 2025-ci ilin ikinci yarısında keçirilə bilər

Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31