Bu həyatda çalışmışam yaxşılıq edim buna görə də Ulu Yaradana minnətdaram - FOTO
Qeyd edim ki, söhbət mənə çox yaxın olan bir qadından gedir ...Heç bu dünyanın işlərindən baş açmaq mümkün deyil. Bir də görürsən ki, hər hansı adam üçün "gözünün yağını" yedizdirirsən, yenə ağzını əyir və səndən narazı qalır. Gözləyirsən ki, bəlkə səhvini başa düşdü, verdiyin çörəyin qədrini bildi. Amma hər şeyin zaman keçdikcə əksini görürsən. Görürsən ki, əl tutub arxa durduğun, yıxılanda dayaq olduğun adam heç dəyişməyib. Dəyişən bircə onun əyin-başı olur. Elə bu əyin-başı da sənin verdiyin pul hesabına alıb...g biri bir stəkan çay qonaqlığı verəndə heç vaxt onu yaddan çıxarmayın. Çünki içilən çay, kəsilən çörək həmişə müqəddəs olub. Çalışın o müqəddəsliyi, o saflığı, o incəliyi qoruyun.
Heç vaxt çörəyi dizinin üstündə olmayın. Çörəyi itirmək, haqqı yaddan çıxarmaq o qədər də yaxşı nəticə vermir. Düzdür, o çörək verən adam, əl tutan insan sənə bir şey demir, amma Ulu Yaradan hər şeyi görür və bilir...İndi nəinki bir stəkan çayını içənlər, çörəyini yeyənlər hər şeyi unudurlar, hətta barmağının beşini bala batırıb onların ağızlarına dürtsən də yenə deyəcəklər ki, zəhərdi. Çünki onların mənəviyyatı, içi yoxdur. Və mənəviyyatı, içi olmayan adam heç vaxt barmağının beşini də bala batırıb ağzına dürtsən səndən razı qalmayacaq. Fürsət tapan kimi başlayacaq səndən qeybət eləməyə. Ağzını əyə-əyə elədiyin yaxşılıqların hamısını unudacaq və dişinin dibindən çıxanları sənin ünvanına yağdıracaq. Təbii ki, onun yanındakı adam da belə söz-söhbətə çox maraqla qulaq asacaq. Guya həmin adamın ağzından bal tökülür...Müqəddəs kitabımızda buyrulur ki, sənə yamanlıq eləyənə də yaxşılıq elə. Əgər o yamanlığından qalmırsa, sən niyə yaxşılığından əl çəkəsən. Çox müqəddəs və çox müdrik kəlamlardır. Bu kəlamları təəssüf ki, yaxşılığı başa düşməyən adamlar heç vaxt anlamazlar. Onların zəhər tuluğu heç də kobradan fərqlənməz. Yüz dəfə yaxşılıq eləyərsən, bir dəfə əl tuta bilmərsən bax, onda başlayarlar sənin "əl-ayağını yeməyə". Belə adamlara deyin görək yaxşılıq eləmək nə dərəcədə düzdür?bir daha yəqin etdik ki, hər hansı adam dünyaya necə gəlirsə elə o xislətdə, o əqidədə yaşayır.Yəni insanları heç cür dəyişdirmək mümkün deyil. Əgər onun xislətində pislik, mərdməzarlıq, başqalarına yamanlıq etmək fikri varsa, belələrini heç cürə düz yola qaytarmaq mümkün deyil. Deməli, bu insana da Allah belə bir ürək verib...Çörəyi dizinin üstündə olan adamlar bu danışdığımız hadisədən bəlkə bir nəticə çıxara. Çünki istənilən qohum-əqrəbada, istənilən yerdə bu cür insanlar var. Onlar bəzən elə fikirləşirlər ki, hamı bu insanlara borcludur. Yəni onun xeyrinə-şərinə yaramalıdır, yıxılanda qolundan tutub qaldırmalıdır, arxa durmalıdır. Sanki hamının onların dədəsinə borcu var. Amma sadəcə olaraq bu cür düşünən insanlar heç olmasa bir dəfə vicdanlarının qarşısında hesabat versinlər: desinlər ki, filankəs mənə bu qədər yaxşılıq edib, onun yaxşılığının müqabilində mən hansı yolu tutmuşam? Viktor Hüqonun gözəl bir kəlamı var: "Vicdan insanın Allahıdır". Əgər çörəyi dizinin üstündə olan adamlar bu Allahın səsini eşitmirlərsə, deməli, onların insanlıqdan və adamlıqdan bir qram da payı yoxdur...Bu həyatda çalışmışam yaxşılıq edim buna görə də Ulu Yaradana minnətdaram.
Bu həyatda çalışmışam yaxşılıq edim buna görə də Ulu Yaradana minnətdaram - FOTO

Nilufər Əliyeva

Son xəbərlər

Milli Məclisin sədri Belarusa səfərə dəvət olunub

İstanbulda binada partlayış - 1 ölü, 3 yaralı

Gimnastlarımızdan "Beyond the Sky” turnirində 6 medal

Rusiya-Amerika münasibətləri ilə bağlı Stiven Siqaldan proqnoz

Putinə verilən suallar süni intellektlə emal OLUNACAQ

Kanada Kiyevə qadağan olunmuş silahlar göndərmək niyyətindədir

Abşeronda yaşayış kompleksində yanğın olub

Laçında yeni təyinat

“Fənərbaxça” yarışdan imtina etdi

Superliqa: "Trabzonspor" xal itirib

Bundestaqa Ukraynaya “Taurus” raketlərinin göndərilməsi ilə bağlı təklif göndərilib

İtaliya A Seriyası: "İnter" doğma meydanda üç xala sevinib

Unutmayin insanlarin gercek uzleri ,oz sexsi menfeetleri vacib oldugu anda uze cixir.

Mersisayd derbisi ertələnə bilər

Bakıda tələbə qəfil vəfat etdi

Bakının Yasamal rayonunda minik avtomobili yanıb

Ryabkov: Rusiya NATO ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyə çalışır

Nazir: Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan məktəbdə onun büstü qoyulacaq

Rəsmi Ankara Cənubi Kiprin silahlanması barədə bəyanat yaydı

Məhkəmə özəlləşdirmə çekləri ilə bağlı qərarını verdi

Doğum tarixini özü seçən heyvanlar

"Türk Hava Yolları" Bişkekə uçuşları qarşılıqlı olaraq ləğv edib

Braziliyada pilot pəncərəyə quş çırpılmasına görə təcili eniş edib

Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 139-cu kitabı çapdan çıxıb

Qətərdə görüşəcəklər

TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib

Bakının və Abşeronun bəzi yerlərində su kəsiləcək

Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031