NATO-Azərbaycan əməkdaşlığının 25 ili - Dörd mühüm AMİL


NATO ilə Azərbaycan arasındakı əməkdaşlğın 25 ili tamam oldu. 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun mənzil qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” çərçivə sənədini imzaladı.

Turaztv.az Publika.az-a istinadən xəbər verir ki, politoloq Elxan Şahinoğlu NATO-Azərbaycan əməkdaşlığının hər iki tərəfin maraqlarına cavab verdiyini deyib.

“Birincisi, Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarında iştirak edir. Azərbaycan 1998-2008-ci illərdə NATO-nun başçılığı altında keçirilən Kosovoda sülhməramlı əməliyyatlarda iştirak edib, hazırda isə Əfqanıstanda əməkdaşlıq davam edir. Azərbaycan 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentinin sayını 30 faiz artırıb. Digər tərəfdən Azərbaycanın Əfqanıstana verdiyi maliyyə və siyasi dəstək NATO-nun da maraqlarına cavab verir.

İkincisi, NATO Azərbaycanın nəqliyyat imkanlarından istifadə edir. NATO Azərbaycan haba sahəsi üzərindən Əfqanıstana yüklərini daşıyır. NATO son bir ildə yüklərin Əfqanıstana çatdırılmasına Bakı-Tbilisi-Qars dəmir yolundan da istifadə edir.

Üçüncüsü, Azərbaycan hərbçiləri NATO-nun müxtəlif təhsil proqramlarında iştirak edirlər. Bu Azərbaycan ordusuna NATO standartlarına yaxınlaşmağa imkan verir. Ümumilikdə Azərbaycan ordusu döyüş təcrübəsi, ərzaq, geyim və hərbi texniki təhcizat məsələrində NATO standartlarını məsimsəməyə çalışır. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov son çıxışlarında NATO və NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığın vacibliyindən danışır. Məsələn Azərbaycan ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir. NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramına önəm verilir. Hazırda Azərbaycanın NATO qərargahlarında 8 zabiti xidmət edir. “Əminəm ki, biz strateji tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik” – bu Zakir Həsənovun əməkdaşlığa verdiyi qiymətdir.

Dördüncüsü, NATO Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. NATO Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. Beləliklə, həm rəsmi Bakı, həm də Brüssel ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Azərbaycan Gürcüstan və ya Ukrayna kimi NATO üzvlüyünü qarşısına məqdəs qoymayıb. Ancaq bölgədə şərtlər dəyişərsə Azərbaycanla NATO arasındakı strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması aktuallaşa bilər”, - E.Şahinoğlu qeyd edib.

Son xəbərlər

Blinken Çinə dörd günlük səfər edəcək

“Mən bu qanunu dərhal qəbul edəcəm”

Gecə saatları DƏHŞƏTLİ XƏBƏR gəldi- 6,3 ballıq GÜCLÜ ZƏLZƏLƏ oldu

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Bu gün Başlıbel faciəsinin ildönümüdür

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Bayden İsrail və Ukraynaya yardım paketlərini dəstəkləyib

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF

ZƏHƏR QATIR AŞIMA - FOTO

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Ən çox nifrət edilən 5 bürc: Hamı onları...

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930