Xəbərlər
8.12.2023, 20:30
Tanınmış şahmatçı: Azərbaycan millisində işləməyə tam hazır deyiləm MÜSAHİBƏ
"Vüqar Həşimov Memorialı - 2023" superturnirində iştirak edən tanınmış israilli şahmatçı Boris Gelfand jurnalistlərin suallarını cavablandırıb.
Turaztv.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.
- Azərbaycan haqqında təəssüratlarınız necədir?
- Çox yaxşı. Sadəcə, hələ ki, mən pis oynayıram. Ümid edək ki, çıxışım yaxşılaşacaq.
- Bəs, bu, nə ilə bağlıdır?
- Rəqabət səviyyəsi yüksək olan turnirdir. Sonda hər şeyi ayırd edəcəyik.
- İlk 3 turdakı rəqiblərinizdən kimi fərqləndirərdiniz?
- Şəhriyar Məmmədyarov çox yaxşı çıxış etdi.
- Bəs, hazırda lider olan Nicat Abasov haqqında nə düşünürsünüz?
- Mən yerləri analiz etmirəm. Aramızdakı partiyada gördüm ki, Nicat görüşü çox yaxşı keçirdi.
- Təşkilatçılıq barədə fikirləriniz necədir?
- Çox yaxşıdır. Hər şey ən yüksək səviyyədədir. Gördüklərim çox xoş təsir oyadır.
- Tarixə bir az boylansaq, görərik ki, dünya çempionluğu uğrunda oynamısınız. Təəssüf ki, hələlik bizim şahmatçılardan bu uğuru görməmişik. Necə hesab edirsiniz, yaxın vaxtda belə bir şey görünür?
- Çox çətindir, rəqabət böyükdür. Bunun alınması üçün çox şey lazımdır. Yaxşı ki, bu istiqamətdə iş gedir. İnanmaq, işləmək və ümid etmək lazımdır.
- Turnirdə çıxış edən gənc şahmatçı Aydın Süleymanlı haqqında da fikirlərinizi bilmək maraqlı olardı...
- Onunla iki dəfə oynamışam. Əlbəttə, çox perspektivli şahmatçıdır. Aydınla bu turnirdə yenidən oynamağa çox şad olacağam.
- Maraqlıdır, sizi Azərbaycan millisinə dəvət etsələr, qəbul edərsiniz?
- Yox, çünki buna tam hazır deyiləm. Ola bilər ki, hansısa formatda, toplanışda olsun. Bu, daha real variantdır. Ancaq özümü bu işə tam həsr edə bilmərəm. Ona görə ki, çox işim var. Dediyim kimi, bunu hansısa formatda böyük məmnuniyyətlə edərəm. Hər halda, istək olsa, köməyim dəyər.
- 42 yaşında Şahmat Tacı uğrunda oynadınız. Belə çıxır ki, biz hələ Şəhriyar Məmmədyarovla Teymur Rəcəbova ümid edə bilərik?
- Əlbəttə. Bu, motivasiyadan asılıdır. Motivasiyaları olsa, finalda iştirak edə bilərlər.
- Vüqar Həşimovla bağlı xatirələriniz necədir?
- Çox xoşdur. Onunla çox oynamışam - rapidləri də saysaq, 10-dan çox partiyada qarşılaşmışıq. Çox maraqlı görüşlərimiz olub. Ona 10 gedişdə uduzduğum oyun da olub. Ən erkən məğlubiyyətimi Həşimovdan almışam. Yadımdadır, Monakoda iki parlaq partiyamız oldu, hərəmiz bir dəfə qələbə qazandıq. Çox yaxşı xasiyyəti vardı. Təəssüf ki, aramızdan belə tez getdi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay