Xəbərlər
7.12.2023, 13:36
"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" - Elşad Hacıyev
Zəlzələdıə sonra polis gücləndirilmiş iş rejiminə keçib. Bu dəqiqələrə qədər DİN-ə dağıntılarla bağlı məlumat daxil olmayıb.
Bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları zəlzələ baş verdiyi andan polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.
"Bütün zəruri addımlar atılıb. Vətəndaşları belə hallarda təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.
Oğurluq hallarının olub-olmaması ilə bağlı sualı cavablandıran Elşad Hacıyev deyib ki, belə bir fakt qeydə alınmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay