Xəbərlər / Nesr
3.12.2023, 00:42
Respublika Əlillərin Reabilitasiya Mərkəzində 3 dekabr Beynəlxalq əlillər günü qeyd olundu - FOTO
“Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir”.
Cəmil Zəbhulla oğlu Dadasov haqqında çox söz yazmayacağam, çünki onu hər kəs layiqli insan, sədaqətli dost, yaradıcı jurnalist, satirik şair, gözəl ailə başçısı, başçılıq etdiyi kollektivin alicənab, novator rəhbəri, millətini, dövlətini, Vətənini ürəkdən sevən ictimaiyyətçi, ziyalı kimi tanıyır!
Son günlərdə Dəyərli Cəmil müəllimin səhətində olan problemlərlə əlaqədar Əlillərin Reabilitasiyası Mərkəzində müalicə alır. Bu gün həmin mərkəzin əməkdaşları tərəfindən əlillər üçün tədbir keçirilib, tədbirdə gənc və istedadlı insanlar çıxışları ilə hər kəsə xoş əhval ruhiyyə bağışlayıblar. Doğrusu Əlillik əngəl deyil sözləri hər zaman olduğu kimi burada da öz yerini tapıb. Bəli, tədbirin təşkili və keçirilməsindən və belə tədbirlərin Qocalar, kimsəsizlər evində də keçirilməsini dilə gətirməyə lüzum duymuram, düşünürəm ki, belə tədbirlərin keçirilməsi əlillərin həyatında əhəmiyyətli rolu var.
Tədbiri təşkil edən və ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq hissi ilə Nə yaxşı ki, varsınız deyirəm.
Hörmətlə, "Qızıl Qələm" media mükafatı laureatı ,
Şəhla Yaşar qızı Qəmbərova (Şəhla Yaşar)
3 dekabr 2023 cü il
Bakı şəhəri.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay