Xəbərlər
16.11.2023, 20:45
"Nə biləydik?" Müəllif : GÜNEL TÜRKSOY - FOTO
"Nə biləydik?"
Nə biləydik ayaq açıb addım -addım yeriyərək,
Ömür adlı yolumuzu hardan-hara gələcəyik?!
Bir bələyin içi boyda doğulsaq da biz hamımız,
Bir kəfənin içi boyda olan kimi öləcəyik.
Var üstündə qohum,qonşu bir-biriylə yarışacaq
Alqışları qarğışlarla düyün düsüb,qarışacaq
Biri gəlib bu oyunun adın bizdən soruşacaq
Söz tapmayıb söyləməyə,acı-acı güləcəyik.
Kimlər bizdən üz döndərib,kimlər bizə naz edəcək,
Kimlər gəlib ömrümüzə,qışımızı yaz edəcək?
Kimlər alıb qəlbimizi,alışdırıb köz edəcək
Yıxılandan sonra qalxıb,baxıb, görüb biləcəyik.
Bu xaraba dünyaya biz nahaq gəldik,gəlməzdik kaş
Hər adamı özümüz tək nahaq bildik,bilməzdik kaş
Ondan ötrü,bundan ötru nahaq öldük ,ölməzdik kaş
Bu gedişlə gözümüzün hər gün yaşın siləcəyik,

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay