Xəbərlər
7.11.2023, 00:26
MÜZƏFFƏR MƏZAHİM: BİZİMDİR - FOTO
BİZİMDİR
Qayidıb yenə gəldik,
Bu yurd-yuva bizimdir.
Bu dağ, dərə, bu gədik,
Bu su, hava bizimdir.
Öz evimizdə təkdik,
Otuz il ümid əkdik,
Həsrətlə cəfa çəkdik,
İndi səfa bizimdir.
Qalib gəldik yamana,
Şərə, zora, böhtana,
Sübut etdik cahana,
Haqlı dava bizimdir.
Burda qazandıq uğur,
Üzə gülür yol, cığır,
Sevgi, doğmalıq yağır,
Bu el-oba bizimdir.
Oğuzdan, hundan gələn,
Düşmən bağrını dələn,
İftixarla yüksələn,
Bu xoş nəva bizimdir.
Bu yurd-yuva bizimdir.
Bu dağ, dərə, bu gədik,
Bu su, hava bizimdir.
Öz evimizdə təkdik,
Otuz il ümid əkdik,
Həsrətlə cəfa çəkdik,
İndi səfa bizimdir.
Qalib gəldik yamana,
Şərə, zora, böhtana,
Sübut etdik cahana,
Haqlı dava bizimdir.
Burda qazandıq uğur,
Üzə gülür yol, cığır,
Sevgi, doğmalıq yağır,
Bu el-oba bizimdir.
Oğuzdan, hundan gələn,
Düşmən bağrını dələn,
İftixarla yüksələn,
Bu xoş nəva bizimdir.
Müzəffər Məzahim
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay