Xəbərlər / Nesr
30.09.2023, 01:26
Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR
Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır.
Şaqraq gülüşləri, məsum baxışları ilə ömrümüzü bəzəyən, gələcəyimizin soraqçısı olan balaların yüksək səviyyədə tərbiyəsi, mükəmməl biliklə yetişməsi böyüklərin ən böyük amalıdır...
Və bizə xoşbəxtliyin şəklini çəkin desəydilər, bugünkü qəhrəmanımız olan Rəna balamızı çəkərdik. Xoşbəxtliyin nə olduğunu soruşsaydılar, onun adını deyərdik.
Yaxın dostumuz, Nəsir Nəsirovun sevimli, şirin-şəkər nəvəsi Rənanın oktyabr ayının 1-də 10 yaşı tamam olur. Bu xoş gün münasibətilə atası Fəqan bəy, anası Sara xanım, babaları Nəsir bəy, Aydın bəy, nənələri Rəna xanım, Fəridə xanım, bibiləri Mehriban xanım, Fərqanə xanım, Arzu xanım, əmisi Nüsrət bəy,dayısı Yunis bəy, dayısı qızı Ulduz xanım və bütün Rəna balanı qəlbən sevənlər ürəkdən təbrik edirlər. Rəna balaya öncə Ulu Tanrının bəxş etdiyi şirin nemət sayılan cansağlığı,orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil ocaqlarına qəbul olmasını arzulayırlar. Sevinc başının tacı, kədər isə ayağının tozu olsun. Amin!
RƏNAMIZ
Evimizin dirəyisən,
Arxasısan,köməyisən.
Hamımızın gərəyisən,
Bizim dəcəl Rənamız.
İlk nübarsan,birincisən,
Qəlbimizin sevincisən.
Gələcəyin bir gəncisən,
Bizim dəcəl Rənamız.
Arxasısan,köməyisən.
Hamımızın gərəyisən,
Bizim dəcəl Rənamız.
İlk nübarsan,birincisən,
Qəlbimizin sevincisən.
Gələcəyin bir gəncisən,
Bizim dəcəl Rənamız.
Təbrikə Turaz TV-nin kollektivi də qoşularaq deyirlər: Rəna balamız ad günün mübarək!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay