Daxili İşlər Nazirliyi özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntüləri ilə bağlı açıqlama yayıb
Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov iddialara cavab olaraq AZƏRTAC-a bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb.

Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub.

Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan - 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb.

Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazi kimi təqdim etməklə münaqişə yaradıb, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər.

Onlar polis orqanına dəvət ediliblər. Sağlamlıq vəziyyətləri nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: YALANDIR

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Prezident Çinlə imzalanan memorandumu təsdiqlədi

Axtarışda оlan 387 nəfər sərhəddə saxlanılıb - RƏSMİ

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

Ermənistan bizə təzminat ödəməlidir - Ombudsman

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

Elçin Ağacanov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

İki hərbçimiz faciəvi şəkildə öldü

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Azərbaycandan “Altın Kelebey”i onlar ALDI

Bu gün 23 dərəcə isti olacaq

ABŞ 2024-cü ildə orbitə 20-dən çox hərbi peykin buraxılmasını planlaşdırır

Respublika Əlillərin Reabilitasiya Mərkəzində 3 dekabr Beynəlxalq əlillər günü qeyd olundu - FOTO

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

Azərbaycanda daha bir uşaq QIZILCADAN ÖLDÜ

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Bakıda Qazaxıstanın "HasSak" etnofolklor qrupunun konserti təşkil edilib

Prezident BƏƏ-də tədbirdə iştirak edir

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031