Ölkə başçısının xalqa müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir

Könül Həsənova
ADPU filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kurs müharibədən sonrakı dövrdə də uğurla davam etdirilmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırılmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq.
"2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir". Bu fikirləri cari ilin sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bildirib.
Əlbəttə ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi. Belə ki, Ermənistan, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı bir sıra sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistan tərəfinə bununla bağlı xəbərdarlıq etmişdir. Ölkə başçısı çıxışı zamanı Ermənistan həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermədiyini diqqətə çatdıraraq qeyd etmişdir: “İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır”.
Bütün bunlara baxmayaraq Azərbaycan Ordusu artıq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suverenliyini bərpa etdi. Dövlətimizin başçısının vurğuladığı kimi, ordumuz qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi: “Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində bir sıra məsələlərə toxunaraq lokal xarakterli antiterror əməliyyatının zəruriliyi, qarşıya oyulan vəzifələrin 1 gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etməsi onu deməyə imkan verir ki, Ölkə başçısının xalqa müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir.

Son xəbərlər

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin əməkdaşının Qəzzada həlak olması ilə bağlı açıqlama yayıb

Mahammad Sadiqov : Peşəkarlarımız - FOTO

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib

Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır

Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli olub

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Basketbol Liqası: "Xəzri" və "Xırdalan"dan qələbə

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a darmadağınla qalib gəlib

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

Əsirlikdə olan hərbçinin anası: Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq

Tanınmış şahmatçı: Azərbaycan millisində işləməyə tam hazır deyiləm MÜSAHİBƏ

Milli Məclisin plenar iclasında 24 məsələ müzakirə olunub

Ombudsmana ağır itki - FOTO

Cəsarət Valehov vəzifəsindən azad olundu

Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH

Yaşar Əliyev vəfat etdi - FOTO

Azərbaycanın xarici işlər naziri estoniyalı həmkarı ilə telefonla danışıb

Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

“YAŞAT” Fondunun yaradılmasından 3 il ötür

Ermənistanda əsirlikdə olan Hüseynin anası: Arxayın idim ki, Prezidentimiz nə mənim övladımı, nə də Aqşini erməni əsirliyindən buraxmaz

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib

ABŞ-nin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır -VİDEO

Türkiyə İsraillə diplomatik əlaqələri kəsə bilər

İranın sabiq prezidenti Rəisini ittiham etdi

Hazırda Bakıda 10-dan çox yolda TIXAC var

"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" - Elşad Hacıyev

Azərbaycanda bu tarixdə İŞ OLMAYACAQ

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031