Xəbərlər
21.09.2023, 22:57
"UTANIRAM ŞƏHİDLƏRİM" Müəllif : GÜNEL TÜRKSOY
"UTANIRAM ŞƏHİDLƏRİM"
Şəhidlərim....
Dönün gəlin,qarşınızda sürünüm mən dizin-dizin,
Sevincindən göz yaşları selə dönsün hər bir kəsin,
Doğularkən "GƏNC ÖLÜM"ü alnınıza axı sizin
Qan qoxuyan güllələrlə necə cızıb yazdı Fələk?
Utanıram siz oyaqkən mən yatdığım gecələrdən,
Kaşkilərdən,nədənlərdən,niyələrdən,necələrdən,
Deyib-gülüb, addım- addım gəzdiyiniz küçələrdən,
Gözlər çəkən yollar üstə necə məzar qazdı Fələk?
Utanıram ananızın gözündəki yaşından da,
Balanızın düyün düşən kipriyindən,qaşından da,
Gül çiçəklə bəzədilmiş qəbrinizin daşından da
Ömrünüzün çoxun silib,necə azı yazdı Fələk?
Unutmarıq bu günləri,bu ayları,bu illəri
Unutmarıq üstümüzə hücum çəkən fəsilləri,
Görmədimi nişanlanıb,xınalanmış o əlləri?
Kəbinləri,qismətləri necə qıyıb pozdu Fələk?!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay