Sevinc Fətəliyeva AŞPA-nın iclasında erməni deputatı BELƏ SUSDURDU
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə keçirilən komitə iclasında erməni deputat həmişə olduğu kimi, bu dəfə də iclasın gündəliyinə daxil olmayan məsələni müzakirəyə çıxarmağa çalışıb.

Turaztv.az AZƏRTAC-a istinadən bildirir ki, erməni deputat Azərbaycanın öz tarixi torpağı olan Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinə başqa don geyindirməyə cəhd edib. Ancaq iclasda iştirak edən azərbaycanlı deputat Sevinc Fətəliyeva erməni deputatı yerinə oturdub və Azərbaycanın öz ərazilərində antiterror tədbirləri həyata keçirdiyini bildirib. Erməni deputatın lüzumsuz cəhdi ilə bağlı S. Fətəliyeva deyib: "Yaxşı məşq edilmiş, yaxşı hazırlanmış "tamaşalar"ınız bir vaxtlar Avropa tamaşaçıları arasında uğur qazansa da, indi artıq pis teatrı xatırladır. Ermənistan öz öhdəliklərini yerinə yetirsəydi, bu vəziyyət baş verməzdi".

Azərbaycanlı deputat qeyd edib ki, üçtərəfli Bəyanatın əsas müddəalarından biri qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxarılmasıdır. Hazırda Azərbaycan ərazisində 10 min qeyri-qanuni erməni silahlısı var. Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin Ordumuza, işğaldan azad edilən ərazilərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymaqda davam edir. Bir gündə iki mülki şəxs və dörd polis əməkdaşı mina partlayışı nəticəsində həlak olub. Bundan başqa, minaatanlarla hücum nəticəsində iki hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri üçtərəfli Bəyanata zidd olaraq hələ də geri çəkilmək istəmədiyindən, mümkün genişmiqyaslı təxribatların qarşısının alınması üçün Azərbaycan antiterror tədbirləri həyata keçirməyə başlayıb.

S. Fətəliyeva vurğulayıb ki, Azərbaycanın suveren ərazilərində beynəlxalq hüququn normalarına zidd olaraq istənilən hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycanın bugünkü tədbirləri qanunsuz qüvvələrin sıradan çıxarılmasına və marionet rejiminin dağıdılmasına yönəlib. Azərbaycan mülki erməni sakinlərini hədəfə almır, bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir. Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsidir. Hazırda Azərbaycanın bütün hərbi tədbirləri ölkə daxilində aparılır. Ermənistana qarşı heç bir işğal iddiamız yoxdur. Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirir. Azərbaycan dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhdiddir. Hər bir dövlət kimi, Azərbaycanın da öz ərazisində terrorçuları məhv etmək kimi suveren hüquqi var. Nə qədər ki, Qarabağda qeyri-qanuni erməni silahlı dəstələri var, regionda sülhdən danışmaq mümkün olmayacaq. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması, marionet rejiminin ləğv edilməsidir.

Son xəbərlər

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Kaledoniya üsyanı: Fransa parçalana bilər - FOTO

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

Bərdə Tarix-diyarşünaslıq Muzeyində "Dünənimizin, bu günümüzün və sabahımızın carçıları" adlı tədbir keçirilmişdir. - FOTOLAR

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib

Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

Pentaqon Kiyevə silah tədarükü ilə bağlı iclas keçirəcək

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Qaxa, Qəbələyə dolu düşüb, Bakıda şimal-qərb küləyi güclənib - FAKTİKİ HAVA

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031