Xəbərlər
20.09.2023, 01:15
"ÖLMƏ ADAM..." Müəllif : Günel Türksoy - FOTO
"ÖLMƏ ADAM..."
Susmuşamsa kar deyiləm,xəbərim var olanlardan,
Xəbərim var hər deyilən doğrulardan,yalanlardan,
Xəbərim var həyasını üzdən yerə salanlardan,
Zəmanəyə göz yummuşam,məni yatmış bilmə,ADAM!
Uzaq dayan,baş qoşma sən hər edilən söhbətlərə,
Yer ayırma ovucunda bəd -bəd dua niyyətlərə,
Bi ixtiyar qonaq olsan gülünc-gülünc qeybətlərə,
Boğ içində qəhqəhəni,günah edib gülmə,ADAM!
Bu dünyada haqqsız artıb,haqq söyləyən azalıbdır.
Ta qədimdən doğru sözə dərin quyu qazılıbdır,
Həyat budur,bir ömürə min dərd,bəla yazılıbdır,
Tək özünü qəm içində batıb qalan bilmə, ADAM!
İnanma ki,hər can deyən dar günündə çatar dada,
Öz işləri düşən zaman tapıb səni salar yada,
Etibar yox bir kimsəyə ,ömrü-günü vermə bada,
Özgələrin dərdın udub zəhərlənib ölmə,ADAM!
Düz deyiblər dünya sənə nə də mənə qalan deyil,
Qadasını aldıqların gəlib qadan alan deyil,
Dediklərim həqiqətdir,əlbətdə ki yalan deyil,
Yaddaşına yazıb sonra,yaddaşından silmə,ADAM!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay