TƏDQİQATÇI-ALİM, ŞAİR-JURNALİST VƏ SƏMİMİ DOST  PƏRİXANIM MİKAYILQIZI - FOTOLAR
Bütün Şərq aləmində, xüsusən də, Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənilib, Ana həmişə müqəddəs olmuş, qadın – namus, qeyrət rəmzi sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin şanlı səhifələrinə əbədi olaraq qızıl hərflərlə yazılıb.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib.
Bu gün haqqında söz açdığım Pərixanım Mikayıl qızı Muradova da belə ləyaqətli, dəyanətli, çalışdığı sahənin fədakarı olan, məhsuldar yaradıcılığı ilə seçilən xanımlardandır. Azərbaycan mətbuatı və ədəbiyyat elminin inkişafına dəyərli töhfələr vermiş bu xanımın mənalı ömür yolu, zəngin ictimai-elmi fəaliyyəti, Azərbaycan qadını və anasına məxsus kristal əxlaqi keyfiyyətləri onun sağlam ailə və mühit tərbiyəsi ilə bağlı olduğu kimi, nəsil şəcərəsinin mənbəyində duran, o cümlədən məskunlaşdıqları ərazinin spesifik xüsusiyyətlərini özündə cəmləşdirən, nəsillərinin əsrlərin arxasından süzülüb gələn mənəvi mirasla da müəyyənləşib.
ÖMÜRLÜYÜNDƏN QISA SƏTİRLƏR

Pərixanım Mikayıl qızı Muradova Bakıda anadan olub. Əvvəlcə 173 sayli, sonra isə 30 sayli orta məktəbdə təhsil alib.
Ali təhsilli mədəni-maarif işçisi, dövlət məmurudur - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Aparıcı məsləhətçi - şöbə müdiri - elmi kitabxananın direktoru vəzifələrində çalışıb. Elm polkovnikidir. İncəsənət və ədəbiyyat həvəskarıdır.
Kiçik yaşlarından şeir və hekayələr yazır. Neçə-neçə kitabın muəllifidir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, məşhur ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərlinin tədqiqatçısıdır.
2009-cu ildən görkəmli şəxsiyyət Firidun bəy Köçərlinin irsini araşdıran P.Muradova 2013-cü ildə ədibin 494 səhifəlik “F.b.Köçərli: Əsərləri” kitabını transliterasiya edərək oxucuların ixtiyarına vermiş, 2016-cı ildə isə ədibin “Balalara hədiyyə” adlı kitabını nəşr etdirərək, körpə balalarımızı sevindirmişdir.
Pərixanım 2016-cı ildə ədibin yaradıcılığından bəhs edən 488 səhifəlik “Ümmətdən-millətə doğru” irihəcmli elmi əsərini oxucuların ixtiyarına verib. Müəllif on bir bölmədən ibarət başlıqla nəşr olunmuş kitabın üzərində doqquz illlik əziyyəti var. 300-dən artıq qəzet, jurnal və kitaba istinad edən Pərixanım Mikayılqızı ortaya maraqlı təqdiqat əsərini qoya bilib.
Azərbaycan Jurnalistlər Birliyin üzvü Pərixanım Mikayılqızının şeirlərindən ibarət iki kitabı da işıq üzü görüb. Bundan başqa onun 2017-ci ildə “Borçalı” nəşriyyatı tərəfindən hazırlanmış “Zirvə” poeziya antologiyasının IV cildi də çap edilib. Türkiyənin Adana şəhərində keçirilən “Şiir və müzik” festivalında uğurla iştirak edib. Şairlərdən Bir Demet-“Şiir Seçkisi” adlı kitabın isə II cildində şeirləri işıq üzü görüb. 15-dən artıq şeirlərinə mahnı bəstələnib və tanınmış incənət xadimlərinin ifasında səslənib.
Mətbuat orqanları ilə sıx əməkdaşlıq edir, eyni zamanda "Şərqin səsi" - "Elm və Təhsil" qəzetinin baş redaktorudur.
Ailəlidir. 3 övladı, 8 nəvəsi var.
O, HƏM ƏDƏBİYYATÇI, HƏM DƏ JURNALİSTDİR

Onu da qeyd edək ki, P.Mikayılqızının ömrünü mənalandıran jurnalistlik onun bütün yaradıcı ömrünün qayəsini, ruhunu təşkil edir. O, jurnalistlik fəaliyyəti dövründə xalqla, zəhmətkeş insanlarla, sinəsi xalq müdrikliyi ilə dolu nənələr və babalarla mənəvi ünsiyyət sayəsində mənsub olduğu xalqın mənəviyyat dünyasına, bədii söz yaradıcılığına dərindən bələd olub. Bunu onun hazırkı jurnalistlik fəaliyyətində aydın şəkildə görmək olur. Əslində, öz yaradıcı fəaliyyətində xəlqi dəyərlərə söykənən jurnalist də elə ədəbiyyatçıdır: hər ikisi xalqın düşüncə aləminə xitab edərək, ondan çıxış edir. P.Muradova hələ jurnalistlik fəaliyyəti dövründə sinəsi mənəvi söz inciləri, atalar sözləri, məsəllər, əfsanələr, rəvayətlər, nəğmələr, bayatılar, inanclar ilə coşub-daşan nənələrlə, babalarla görüşlərində bu mənəvi xəzinə ilə təmasda olub, onlardan çox şeyi əxz edib. O, milli mənəvi dəyərlərimizin, ədəbiyyatımızın tədqiqi, qorunması, bəşəriləşdirilməsi, gələcək nəsillərə çatdırılması üçün ciddi səy göstərir. Ən böyük uğuru isə, qeyd etdiyimiz kimi, böyük ədəbiyyatşünas, görkəmli alim F.Köçərlinin əsərlərinin tədqiqatı olub. Prezident İlham Əliyevin Firidun bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar 14 fevral 2013-cü il tarixli sərəncamı ilə, ədibin ruhuna ehtiram əlaməti kimi, “F.b.Köçərli: Əsərləri” kitabını transliterasiya etmək həvəsi ilə “Ümmətdən-millətə doğru” əsərini nəşr etdirdi.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin qadınlar haqqında söylədiyi fikirləri xatırlatmaq istəyirəm: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...” Ulu Öndərin bu müdrik fikirlərini, məncə, Pərixanım Mikayılqızına da daha çox şamil etmək olar.
O, BAŞQASININ DƏRDİNİ ÖZ DƏRDİ KİMİ QƏBUL EDİR

Həyatından heç vaxt şikayətlənməyib. Demirəm, onun üçün hər şey hamar olub. Bu, məncə onun tərəfindən də qeyri-səmimi olardı. Ağır günləri az olmayıb, lakin ruhdan düşməyib, kimdənsə nəsə ummayıb, heç kimin qapısını döyməyib. Allah da ruzisini həmişə yetirb.
İnsanı hörmətə mindirən onun halal əməyidir. İnsan yaşa dolduqca nəyin yaxşı, nəyin pis olduğunu anlamağa başlayır. Atalar məsəlidir: “Sonrakı peşmançılıq fayda verməz”. P.Muradova həyatını elə yaşayıb ki, ondan sonra gələn nəsil nənələri üçün xəcalət çəkməyəcək. Bu fikirləri dəfələrlə etdiyi söhbətlərdən yaddaşımda saxlamışam.
Pərixanım birlikdə külünc vurduğumuz jurnalisitika sahəsində məsləhət verən, yol göstərən, yardım əlini uzadan bir insandır. Başqasının dərdini öz dərdi kimi qəbul edir. Həmin adama mənəvi, maddi dəstək verir. Onunla ünsiyyət qurmaq çox maraqlıdır. Onu ilk dəfə tanıyanlar bu insanın nə qədər saf, pak qəlb sahibi olduğunu həmin an duyurlar. O, bəziləri kimi müştəbeh, özündənrazı adam deyil. Onun həyat prinsipi sadəlik və yaxşılıqdır. Məhz bu keyfiyyətlərinə görə, onu tanıdığı, hörmətini saxladığı adamlar çox sevirlər.
Pərixanımın ürəyi elə böyükdür ki, ona ançaq qibtə etmək olar. Bu, insandan indiyə kimi "yox” sözünü eşitməmişik. Çünki müdrik adamdır, qarşı tərəfin problemlərinə heç bir vaxt biganə qalmayıb. Deyirlər dost dar gündə tanınar. Ona kürəyini çevirmək olar. Arxadan zərbə vurmaq namərdlərin işidir. Pərixanım Mikayılqızı isə mərd, cəfakeş, sədaqətli dostdur.
O, HƏM DƏ EL-OBA ADAMIDIR

Bugünkü qəhrəmanımın haqqında yazanda ani olaraq rus yazıçısı L.Tolstoyun bir sözü yada düşdü: "O adam ki, başqalarının ağrısını hiss edir o, adam mərhəmətli insandır”.
O, həm də el-oba adamıdır. Bu yaxınlarda, iyunun 17-də Basqalda “Basqalın Miryavər abidəsi” kitabımın təqdimatı keçirilirdi. Bir çox dost, Miryavərsevər kimi, o da jurnalist dostumuz Şəmsiyyə xanım və qızı Samirə xanımla təqdimata gəlmişdi. Tədbirdə qonaqlarımızın hamısı, xüsusən də bu üç xanım xüsusi iştirak etdi. Mən orada Pərixanımın torpağa necə bağlı olduğunun şahidi oldum. Bax, Pərixanım Vətənin belə bir övladıdır: əsl cəfakeş, vətənpərvər.
Vaxtilə anası ilə gəzdiyi bu yerlər çox uzaq görünür ona. Amma həmin günkü görüş, Basqalı birlikdə gəzmələri bu yurdu ona daha çox bağladı, sevdirdi, görülən quruculuq işləri qəlbindəki hissləri daha da coşdurdu. Pərixanım Muradova ilə Basqal haqqında danışanda gözləri yaşla dolur, kövrəlir:
- İnanıram ki, qədim Basqalımız ölkəmizin digər bölgələri kimi daha da abadlaşacaq, müasirləşəcək, bu yurda yeni nəfəs bəxş ediləcək. Burada torpağın altında bizim ulu babalarımız, nənələrimiz uyuyur. Onların ruhunu hər an yad etmək, xatırlamaq bizim müqəddəs borcumuzdur. Hamımız torpağa bağlıyıq. Onun yolunda da canımızdan keçməyə hazırıq. Dahi şair Şəhriyarın aşağıdakı misraları yada düşür.
Can qurban verməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can,
Atıram başımı ayaqlarına,
Ey məğrur Vətənim, ey Azərbaycan!

O, YAŞINDAN ÇOX CAVAN GÖRÜNÜR

Qeyd etdiyim kimi, P.Mikayılqızı öz halal əməyi ilə harada çalışıbsa, adına layiq, böyük bir məhəbbət qazanıb. Fədakar, cəfakeş, ləyaqətli xanımdır. Son günlər şəxsi işimlə əlaqədar başım bir az qarışıqdır. Sentyabrın 14-də onun ad günü olmasını unutmuşdum. Təsadüfən feysbuk səhifəsində bu barədə təbrik mətninə rast gəldim. Qısa təbrik edib geniş yazımı bu günlərə saxladım. Deyəsən yubileyidir. Yaşını demirəm, amma maşallah, yaşından çox cavan görünür. Bu ad günü təkcə onun deyil, Pərixanım sevənlərindir. Onu sevənlər isə Bakıda, İsmayıllıda, Tovuzda olduqça çoxdur.
P.Muradova gözəl bir ailənin xanımıdır. Övladları və nəvələri nənələri ilə fəxr etdikləri kimi, Pərixanım da öz övladları və nəvələri ilə fəxr edir. Tanıdığım qızı Samirə xanım da demək olar ki, bütün xasiyyətlərdə anasına çəkib. Övladlarından orta məktəbi bitirənlər ali təhsil alıb, orta məktəbdə təhsillərini davam etdirənlər isə əla qiymətlərlə oxuyurlar. Bildiyimə görə, builki tədris ilində bir nəvəsi ali məktəbdə oxuyacaq. Bu da yubilyarımızı daha cavan edir, özünü onların əhatəsində xoşbəxt sayır. Bunun da səbəbi vardır. Pərixanım uşaqlarına diqqət və qayğı göstərməklə yanaşı, onlarda halallıq prinsiplərini öyrədib. "Çörəyi halal yolla qazanmaq lazımdır. Duz-cörəyə hörmət gərəkdir. Duz-çörək kəsdiyin insana xəyanət etmək olmaz. Allahın verdiyi ruziyə laqeyd yanaşmaq günahdır, onda çörəyinin bərəkəti olmaz”. Bu, Pərixanım Mikayılqızının öz sözləridir. Bu sözlərdə bir hikmət, bir nəsihət, bir kamillik var.
Pərixanım haqqında dastan da qoşmaq olar. Amma müəyyən məqamları nəzərə alıb yazımıza burada nöqtə qoyur və yubilyarımız Pərixanım Mikayılqızını qəlbən təbrik edib, ona cansağlığı arzulayıram. Qoy ömrün də, yaradıcılığın dad aim çiçəklənsin.
Və sonda onun qəlbimizi yerindən oynadan “Türkəm” adlı şeirini oxuculara təqdim edirik:
TÜRKƏM DEYƏK

Ey Türk oğlu!
Qalx ayağa de sözünü,
Qoyma yaxın düşmənini, ov gözünü, tök gözünü.
Sən qəhrəman, sən ərənsən,
Bunu tarix özü deyir,
Ululardan gələn səssən, ləpirinin izi deyir.
Heç bir zaman qorxmadın sən
nə ölümdən, nə təhdiddən,
Zaman-zaman əzab gördün ,
haqq sözündən dönmədin sən.
Gecə-gündüz məşəl olub alovlandın, sönmədin sən.
Bu gün Türkəm deyiriksə,bu torpağa borcluyuq biz.
Bu Vətənin övladıyııq, bu torpağın oğluyuq biz.
Dünya bilir, aləm bilir
Türk kökümüz, soyumuzdur,
Altay, Orxan ulu babam, Dədə Qorqud boyumuzdur.
Istəyirəm bu gün yenə Türklüyümü bəyan edəm,
Düşmənlərim duysun bunu, kimliyimi əyan edəm.
Qoy qalmasın ürəyimdə, nəğmə olsun el dilində.
İstəyirəm bu gün yenə
dik dayanaq, məğrur duraq,
Möhkəm olaq, birlik olaq
Böyük Turan eli quraq.
Bunun üçün söyləyirəm,
Ey Türk oğlu, qalx ayağa,
Hər kəs bizi görsün gərək,
Hər birimiz uca səslə:
Türkəm deyək, Türkəm deyək!

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib

İmran Xan islami nikah qaydalarını pozmaqda ittiham edilib

“Vaqner”çilər Xersonda görüntüləndilər: Yenidən müharibədə iştirak edəcəklər?

Qarabağdakı antiterror tədbirlərinin BMT TŞ-dəki əks-sədası: Fransa iclasda “iflic” oldu - ŞƏRH

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

"Qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 17% artıb" - Nazir

"Silahı yerə qoyan hərbçilər azaddırlar" - Prezidentin köməkçisi

Şuşadan götürülən tankı Albert belə məhv etmişdi

Ölkə başçısının xalqa müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivi və yol xəritəsidir

“Qarabağ” - “Molde” oyunu səkkizinci oldu

Prezident Roland Praysı qəbul etdi

"Bu, Qərbə üz tutan hər kəs üçün dərs olmalıdır" - Zaxarova

Salyanda avtomobil su kollektoruna düşdü - Ölən var

“Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər” - Hikmət Hacıyev

"Mirzoyanın yerində olsaydım, BMT-dən qayıdıb ərizəmi yazardım"

Vəkil və iş adamı başından GÜLLƏLƏNDİ

Azərbaycanın Mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq göndərir - Fotolar

Azərbaycan hərbçisi erməni əsgərin həyatını xilas etdi - Video

Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşdu - Ölən var

Ceyhun Bayramov fotolarla sübut etdi - Foto

Ceyhun Bayramov: Ermənistanın təxribatçı addımları sülh müqaviləsi üzrə danışıqları xoş məramla aparmadığını nümayiş etdirdi

Nazir: Antiterror tədbirləri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib

Ceyhun Bayramov: Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyinə hörmət tələblərinin pozulmasıdır

Qurban Qurbanov: Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu

Tahir Gözəl: Bu qələbə bizə lazım idi

“Molde” klubunun baş məşqçisi: Rəqib qələbəyə layiq idi

Bakı “Böyük dəbilqə” turniri ərəfəsində Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib

"UTANIRAM ŞƏHİDLƏRİM" Müəllif : GÜNEL TÜRKSOY

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930