ABŞ Prezidentinin köməkçisi və ÇXR xarici işlər nazirinin danışıqları 12 saat davam edib
Sentyabrın 16-17-də Maltada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan ilə Çinin xarici işlər naziri Vanq İ və onların nümayəndə heyətləri arasında danışıqlar ümumilikdə təxminən 12 saat davam edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək səviyyəli nümayəndəsi xüsusi telefon brifinqində deyib. Rəsmi nümayəndə, həmçinin təsdiqləyib ki, ABŞ və Çinin yüksək rütbəli məmurları regionda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yaxın aylarda da bir sıra görüşlər keçirəcəklər. Onun sözlərinə görə, “hər iki tərəf münasibətləri sabitləşdirmək səylərini vacib hesab edir”. Eyni zamanda, Vaşinqton Çinin Tayvan boğazındakı hərəkətləri ilə bağlı Pekinə narahatlığını çatdırıb.

Ağ Evdən daha öncə verilən məlumata görə, Sallivan və Vanq İ Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər. Onlar bundan əvvəl may ayında Vyanada görüşüblər.

Son aylarda Vaşinqton administrasiyasının digər yüksək səviyyəli rəsmiləri – ABŞ-ın dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen, iqlim dəyişikliyi üzrə xüsusi elçi, sabiq dövlət katibi Con Kerri, ticarət naziri Gina Raimondo və başqaları Pekinə bir sıra səfərlər ediblər.

Son xəbərlər

Heydər məscidində izdiham: insanlar Qənirə Paşayeva üçün göz yaşı axıdır – FOTO

“WhatsApp”dan super YENİLİK

Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

XİN Paşinyana CAVAB VERDİ

Prezident Zəngilan kəndinin təməlini qoydu

Azərbaycan Özbəkistana başsağlığı verdi

“Onların bu qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur” - XİN

İlham Əliyev Zəngilana səfər etdi - Yenilənib

Ərdoğanın oğlu Bakıdadır - Fotolar

Qənirə Paşayevanın son vəziyyəti açıqlandı

İlham Əliyev Cəbrayıla səfər etdi

DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı

Türkiyə səfiri xalqa başsağlığı verdi

Vardanyan həbs edildi - Rəsmi - Video

Arvadını qətlə yetirib özünü güllələdi

Prezident Administrasiyası MƏLUMAT YAYDI

Qarabağda daha 9 erməni hərbçinin cəsədi tapıldı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Rusiyanın Qarabağda təsirli rolu olmayıb - ABŞ rəsmisi

Hazırda tıxac olan yolların SİYAHISI

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto

Yasa dönən toya görə 3 günlük matəm elan edildi

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

VƏTƏNİMİN İĞİD OĞULLARI - FOTO

Putin öz maaşını artırdı

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930