Şəhid anası Talış kəndinə direktor təyin olundu - FOTO
Şəhid anası Talış kəndinə direktor təyin olunub.

Turaztv.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qərara əsasən, 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəşad Hafiz oğlu Mirzəlinin anası Afidə Mirzəyeva Tərtər rayon Talış kənd tam orta məktəbinə direktor təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər A.Mirzəyeva Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.

Xatırladaq ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Rəşad Hafiz oğlu Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.
Şəhid anası Talış kəndinə direktor təyin olundu - FOTO
Şəhid anası Talış kəndinə direktor təyin olundu - FOTO
Şəhid anası Talış kəndinə direktor təyin olundu - FOTO

Son xəbərlər

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

AVRO-2024: İsveçrə Almaniya matçında heç-heçə, Macarıstan isə qələbə qazanıb

AVRO-2024: Türkiyə Portuqaliyaya uduzub

Müsəlman ölkələrinin tank sayı açılandı -Azərbaycan neçənci yerdədir?

AVRO-2024: Macarıstan millisinin hücumçusu ciddi zədə alıb

Azərbaycan İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransda təmsil olunub

Almaniya millisinin müdafiəçisi 1/8 final görüşünü buraxacaq

Almaniya millisinin qapıçısı Avropa çempionatlarının tarixinə düşüb

AVRO-2024: Şotlandiya - Macarıstan görüşündə ikinci hissə başlayıb - YENİLƏNİB - 2

Diyarbəkirdə baş verən yanğında həlak olanların sayı 15-ə çatıb

Qumru quşu - FOTO

BMT Somaliyə 25 milyon dollar yardım edəcək

Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı rayon rəhbərinin oğulları da olub

AVRO-2024: İsveçrə - Almaniya görüşü start götürüb

Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin

Güləşçilərimiz Polşada 3 medal qazandı

Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1 100-ü keçib

Dağıstanda terror aktları: 23 yaralı, 6 ölü

Dağıstanın daha bir şəhərində atışma olub, bir polis ölüb, altısı yaralanıb

Pentaqon: ABŞ-nin “Dwight Eisenhower” aviadaşıyıcısı Qırmızı dənizi tərk edib

İLK MÜƏLLİM - FOTOLAR

Ən ucuz və sadə resept- qaraciyər sirrozuna qalib gəlir və ödü birdəfədə təmizləyir

Belçika - Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşib

Ağstafada toyda zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-2

Evinizin hüzurlu, həyatınızın uğurlu , yaxşı iş tapmaq üçün... - Vanqadan qızıldan qiymətli məsləhətlər

AVRO-2024: Belçika Rumıniya üzərində qələbə qazanıb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib - FOTO

Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930