Prezident konfrans iştirakçılarına müraciət ünvanladı


Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans münasibətilə səmimi-qəlbdən salamlayıram.

Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük.

Müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı islahatlara start vermişdir. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdir. Eyni zamanda Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoymuş, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırmışdır.

Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.

Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin, milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Hörmətli konfrans iştirakçıları!

Bugünkü konfrans dayanıqlı inkişaf, hesabatlılıq, şəffaflıq məsələləri ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların və imkanların müzakirəsi, bu sahədə qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli fürsətdir. İnanıram ki, tədbir hesabatlılıq və şəffaflıq mühitinin daha da yaxşılaşdırılması imkanlarının müəyyənləşdirilməsi baxımından faydalı olacaq, ölkələrimizin rifahının yüksəlməsinə töhfə verəcəkdir.

Bir daha sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

Son xəbərlər

19 YAŞ, 23 SAATLIQ DÖYÜŞ VƏ ŞƏHİDLİK ZİRVƏSİ... FOTO

Azərbaycanlı istedad Türkiyə yığmasının hədəfində - FOTO

Sabiq nazirin nəvəsinə vəzifə verildi - FOTO

Könül Kərimova ELƏ GEYİNDİ Kİ... - FOTO

Vardanyan onlar üçün acı olan həqiqəti etiraf etdi

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Hikmət Hacıyevdən Qarabağla bağlı MÜHÜM AÇIQLAMA: "Heç gözləmirdik"

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Bayraktar Xocalı ilə bağlı paylaşdı: "10 illər sonra..." - FOTO

Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü

Ombudsman Qarabağın erməniəsilli sakinlərinin hüquqlarının təmin olunmasından danışdı

Hava şəraiti bu tarixdən dəyişəcək - XƏBƏRDARLIQ

"Gürcüstan qalıcı sülh üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır" - Baş nazir

Hatayda yüzlərlə insanın məzarına çevrilən məşhur bina ilə bağlı daha bir həbs

Azərbaycana payız fəsli daxil olub

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Naxçıvanda uşaqlar oğurlanır? - Rəsmi açıqlama

Ağdərədən çıxan ermənilər yolu minalayıb - Foto

İsrailin Baş nazirindən Azərbaycanla bağlı açıqlama - Hər şey əladır!

Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşəcək

Qarakənd yaşayış məntəqəsində tərk edilmiş döyüş mövqeyləri - VİDEO

Antiterror tədbirləri Kolumbiya mətbuatında

Rusiya, İran və Türkiyə XİN rəhbərləri BMT-də Astana formatında görüş keçirdilər

42 rusiyalıya və 21 təşkilata qarşı sanksiya!

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib

Vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslərin vergisi AZALDILACAQ

Daxili İşlər Nazirliyi özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntüləri ilə bağlı açıqlama yayıb

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930