Həkimdən SOS: 6-8 yaşınadək olan uşaqlar...
“Yeni tədris ilinin başlanmasına çox qısa zaman qalıb. Valideynlər övladlarına məktəbli çantaları seçərkən bir qədər diqqətli olsunlar. Çünki düzgün çanta seçilmədikdə, sonradan onların ağırlığı getdikcə uşaqlarda bel və onurğa kimi ciddi xəstəliklər yaradır. Bu xəstəliklər daha çox 8-12 yaş aralığında olan uşaqlarda müşahidə edilir”.

Turaztv.az Referans.az-a istinadən xəbər verir ki, bunu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Gülnarə Məhərrəmova bildirib.

Həkim ağır məktəbli çantalarının yaradacağı fəsadlar barədə danışarkən deyib ki, mütəmadi olaraq ağır çantaların daşınması səbəbindən uşaqlarda ciddi bel ağrıları, skolioz, kifoz, bəzən nəfəs darlığı kimi xəstəliklər yaranır:

“Nəzərə almaq lazımdır ki, çantalar hər bir uşağın çəkisindən 10 faiz çox olmamaq şərti ilə seçilməlidir. Yəni, 40 kiloqram çəkisi olan uşağın çantasının ağırlığı 4 kiloqram olmalıdır. İçərisi boş olan çantanın çəkisi isə 700 qram qəbul edilib. Çox təəssüf ki, valideynlər bu kimi qaydalara əməl etmirlər. Onlar daha çox görüntüsü gözəl olan çantalara üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, bu uşaqların sağlamlığı üçün olduqca təhlükəlidir”.

Həkim əlavə edib ki, 6-8 yaşınadək olan uşaqların çantalarının ağırlığı içindəkilərlə birlikdə 2 kiloqram, 8-12 yaşınadək uşaqlarda ən çox 4 kiloqram, 12-15 yaşlı uşaqlarda isə 5 kiloqram olmalıdır:

“Lakin bu zaman çantanın götürülmə müddətinə də diqqət etmək lazımdır. Əgər uşaq uzun yol gedirsə çantanın daşınmasında ona köməklik edilməlidir. Bundan əlavə, kürək çantaları mütləq hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Övladlarınızın sağlamlığını diqqətdə saxlayın”.(musavat)

Son xəbərlər

ABŞ kimyəvi silahların məhv edilməsinə 50 milyard dollardan çox vəsait xərcləyib

MDB platformasında psixiatrik və narkoloji yardımın göstərilməsinin mükəmmələşdirilməsi məsələləri müzakirə olunub

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Oktyabrda Bakıda növbəti “Baku Fintech Forum 2023” keçiriləcək

Uşaqlar dünyanın sevinci, ən çox sevgi və qayğıya ehtiyacı olan varlıqlardır - FOTOLAR

Rotterdamda atışmada 3 nəfər ölüb

Erməni bloger İlham Əliyevə müraciət etdi

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Rusiya ordusu Kursk və Kaluqada 11 PUA vurdu

Paşinyanı hədələyən Şuşanyan həbs edildi

Hərəkətsiz həyat, yoxsa smartfonlar səhhətimizə daha çox ZİYAN VURUR?

Toyların keçirilməsinə QADAĞA QOYULUR?

Bu şəxslər quru yolla sərhədi keçə bilər

Hərbçilərimiz Xocavəndin mərkəzində - VİDEO

Türkiyəli nazir Qənirə Paşayevadan YAZDI

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

İlham Əliyev Zəngilanda açılış mərasimində iştirak edir

Türk dünyası üçün xidmətləri unudulmayacaq... - Türkiyədən PAYLAŞIMLAR

Siyəzəndə TIR "Ford"la toqquşdu: ölü və yaralılar var

Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO

Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb

Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib

Türkiyənin səhiyyə naziri: “Qənirə Paşayeva türk dünyasına böyük xidmətlər göstərib” - FOTO

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - CANLI YAYIM + FOTO

Qənirə Paşayevanın əmisi: “Çox gənclər yetim qaldı”

İran Antarktidada daimi baza yaradır

TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”

Bütün xəbərlər
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031