Bolqarıstan parlamentinin üzvü: Qarabağdakı qondarma “prezident seçkiləri” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır
Bolqarıstan Milli Assambleyasının Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həmid Həmid Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Həmid Həmid son illər Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə izlədiyini bildirib, nəhayət regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün zamanın yetişdiyini bildirib.

Məktubda Azərbaycanın öz ərazilərini erməni işğalından azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyi vurğulanıb. İstənilən anlaşmanın ölkələrin bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmama kimi prinsiplər əsasında əldə olunmalı olduğu bildirilib.

Eyni zamanda, beynəlxalq tərəfdaşların fəal iştirakı ilə davam edən sülh danışıqlarına təhlükə yaradan bir sıra proseslərin baş verməsi təəssüf hissi ilə qeyd olunub. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimə dəstəyini davam etdirməsi sülh danışıqlarına xələl gətirən və regionda vəziyyətin daha da gərginləşdirilməsinə yönəlmiş addım kimi dəyərləndirilib.

Beləliklə, məktubda bu qanunsuz rejim tərəfindən 2023-cü il sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması və bugünkü dünyada qəbuledilməz hal olan təcavüzkar separatizmin təzahürü kimi qiymətləndirilib.

Dostluq qrupunun rəhbəri bu “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməli olduğuna dair mövqeyini ifadə edib.

Sonda Həmid Həmid sülh prosesinə təhlükə yaradan istənilən addımın rədd edilməli və qarşısının alınmalı olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti Cənubi Qafqaza çoxdan gözlənilən sülh və sabitlik gətirəcək sülh danışıqlarının konstruktiv şəkildə davam etdirilməsini dəstəkləməyə çağırıb.

Son xəbərlər

Qənirə Paşayevanın ölümlə bağlı TƏSİRLİ SÖZLƏRİ: "Deyəcəklər ki, adam kimi adam idi””

Heydər məscidində izdiham: insanlar Qənirə Paşayeva üçün göz yaşı axıdır – FOTO

“WhatsApp”dan super YENİLİK

Sahibə Qafarova fransalı spikerə: Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir

Birinci vitse-prezident Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

XİN Paşinyana CAVAB VERDİ

Prezident Zəngilan kəndinin təməlini qoydu

Azərbaycan Özbəkistana başsağlığı verdi

“Onların bu qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur” - XİN

İlham Əliyev Zəngilana səfər etdi - Yenilənib

Ərdoğanın oğlu Bakıdadır - Fotolar

Qənirə Paşayevanın son vəziyyəti açıqlandı

İlham Əliyev Cəbrayıla səfər etdi

DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı

Türkiyə səfiri xalqa başsağlığı verdi

Vardanyan həbs edildi - Rəsmi - Video

Arvadını qətlə yetirib özünü güllələdi

Prezident Administrasiyası MƏLUMAT YAYDI

Qarabağda daha 9 erməni hərbçinin cəsədi tapıldı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Rusiyanın Qarabağda təsirli rolu olmayıb - ABŞ rəsmisi

Hazırda tıxac olan yolların SİYAHISI

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto

Yasa dönən toya görə 3 günlük matəm elan edildi

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

VƏTƏNİMİN İĞİD OĞULLARI - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930