Xəbərlər
10.09.2023, 00:17
TÜRKPA: Qondarma “prezident seçkiləri” regionda sülh və sabitliyə zərbədir
Bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Katibliyinin sentyabrın 9-da Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”nə dair bəyanatında deyilir.
“TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır”, - bəyanatda vurğulanıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay