Elçin Əmirbəyov: Ermənilər vaxtı uzadırlar və status-kvonu möhkəmləndirməyə çalışırlar
Fransanın “L’Opinion” qəzetində Laçın yolu ətrafındakı vəziyyət barədə məqalə dərc olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin müəllifi Jan-Dominik Merşe Ermənistan rəhbərliyinin danışıqlar prosesini süni şəkildə ləngitdiyini və bundan əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayındığını bildirən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirir. Belə ki, Elçin Əmirbəyovun sözlərinə görə, erməni tərəfinin məqsədi “mümkün qədər vaxt qazanmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.

Merşe göstərir ki, erməni separatçıları Azərbaycan hakimiyyəti tərəfindən göndərilən humanitar yükü daşıyan avtomobil karvanının Qarabağın ermənilərin məskunlaşdığı ərazilərinə keçməsinin qarşısını almaq üçün bu həftə Ağdamdan keçən yolu bağlayıblar. Nəşrdə deyilir ki, onlar bu davranışı həmin ərazilər üzərində Azərbaycanın suverenliyini tanımaq istəmədikləri ilə izah edirlər.

Məqalədə qeyd edilir ki, Bakı, öz növbəsində, bu humanitar məsələnin siyasiləşdirilməsini qəbuledilməz hesab edir və erməni əhalisini ərzaq və digər zəruri mallarla təmin etmək üçün müxtəlif marşrutlarla bağlı hər cür ayrı-seçkiliyi rədd edir. Müəllif vurğulayır ki, Azərbaycan Ağdam yolu açılandan sonra Laçın yolunun tam açılmasını təmin etməyə hazır olduğunu bildirib.

Nəşrdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin fikrindən bir daha sitat gətirilir. E.Əmirbəyovun “Sülh sazişi üzrə danışıqlarda konkret irəliləyişin mövcud olmadığı şəraitdə hərbi qarşıdurma riski artır” sözləri oxucuların diqqətinə çatdırılıb.

Son xəbərlər

"Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsi xəbəri yalandır" - MEDİA

Prezident BƏƏ-də tədbirdə iştirak edib - YENİLƏNİB (FOTOLAR)

Türkiyə DİN "TikTok"la bağlı əməliyyat keçirdi: Çox sayda həbs edilən var

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Rusiyanın hərbi obyektləri vuruldu

"İlham Əliyevin bu təşəbbüsü artıq formalaşır" - Lavrov

Şuşa‒Laçın yolu yenidən qurulacaq - SƏRƏNCAM

"Zaurları məhkəməyə vermək istəyirəm" - Xalq artisti

Büdcə zərfi qəbul edildi

Nazirlikdən qızılca vaksini ilə bağlı ÇAĞIRIŞ: Tez bir zamanda...

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycan nefti ucuzlaşdı

Ukrayna artilleriyası təslim olmaq istəyən 25 hərbçini VURDU

Milli Məclis yenidən toplaşır - Gündəlikdə 22 məsələ var

Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: YALANDIR

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Prezident Çinlə imzalanan memorandumu təsdiqlədi

Axtarışda оlan 387 nəfər sərhəddə saxlanılıb - RƏSMİ

Prezident İlham Əliyev SƏRƏNCAM İMZALADI

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

Ermənistan bizə təzminat ödəməlidir - Ombudsman

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

Elçin Ağacanov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

İki hərbçimiz faciəvi şəkildə öldü

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Azərbaycandan “Altın Kelebey”i onlar ALDI

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031