
Xəbərlər
1.09.2023, 01:30
BÜTÜN DƏRDLƏR TANIŞDIR...
BÜTÜN DƏRDLƏR TANIŞDIR.
Bütün dərdlər tanışdır,
Amma bilmirəm hardan?
Bəlkə məni yenidən
Yaradıbdır Yaradan?
Ürəyi qan ağlayıb,
Gülən üzlər tanışdır.
Bəxtinə yas saxlayıb
Ölən üzlər tanışdır...
Mənim kimi başında
Min fikir gəzənlər də,
Hələ cavan yaşında
Canından bezənlər də.
Arzuların toplayıb,
Xəyalında quranlar .
Səhvlərini anlayıb
Dizlərinə vuranlar.
Susub özü-özünə
Ürəkdə deyinənlər.
Yaraları üstündən
Al-əlvan geyinənlər.
Gecəylə sirdaş olub
Gündüzündən küsən də,
Hər kəsdən əlin üzüb
Ümidini kəsən də.
Nə bilim...
Bəlkə yenə həyatdan
Gedib yenə gələcəm?!
Görən mən nəçə kərə
Diriləcəm-öləcəm?!
Amma bilmirəm hardan?
Bəlkə məni yenidən
Yaradıbdır Yaradan?
Ürəyi qan ağlayıb,
Gülən üzlər tanışdır.
Bəxtinə yas saxlayıb
Ölən üzlər tanışdır...
Mənim kimi başında
Min fikir gəzənlər də,
Hələ cavan yaşında
Canından bezənlər də.
Arzuların toplayıb,
Xəyalında quranlar .
Səhvlərini anlayıb
Dizlərinə vuranlar.
Susub özü-özünə
Ürəkdə deyinənlər.
Yaraları üstündən
Al-əlvan geyinənlər.
Gecəylə sirdaş olub
Gündüzündən küsən də,
Hər kəsdən əlin üzüb
Ümidini kəsən də.
Nə bilim...
Bəlkə yenə həyatdan
Gedib yenə gələcəm?!
Görən mən nəçə kərə
Diriləcəm-öləcəm?!
Müəllif : GÜNEL TÜRKSOY
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay