Xəbərlər
31.08.2023, 23:30
Hicran Hüseynova: Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa çalışırlar
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən ərzaq yükü Azərbaycan tərəfindən atılan humanist addımdır. Ermənistanın və onun himayədarlarının “humanitar böhran”, “blokada”dakı oyunları tam fiaskoya uğrayır. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda həqiqəti dünyanın diqqətinə çatdırır, yalançı erməni təbliğatının qarşısını alır. Rəsmi Bakı bütün yaranan problemləri sülh yolu ilə, humanitar gündəliyə əsaslanaraq həll etməyə çalışır və digər tərəfdən, təbii ki, biz beynəlxalq ictimaiyyətə açıq şəkildə bildiririk ki, humanitar məsələlərin həlli ilə bağlı məsələlər siyasiləşdirilməməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
O qeyd edib ki, separatçı hakimiyyətin bu humanitar yardımın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə çatdırılmasına əngəllər yaradacağı gözlənilən idi. Burada aydın görünür ki, xunta rejimi və separatçılar Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı olmadığı kimi, Azərbaycan ərazisindən bu cür yüklərin gəlməsində də maraqlı deyil. Əgər həqiqətən də məhsulların çatdırılması üçün təcili humanitar yardıma ehtiyac varsa, o zaman yol açıq olmalıdır və yardım təyinat yerinə getməlidir. Bu baş verməsə, bəlli olacaq ki, erməni tərəfi bir məqsədlə şou qurur - indiki vəziyyət ətrafında qeyri-müəyyənliyi uzatmaq, bundan Azərbaycana qarşı arqument kimi istifadə etmək, Bakıya təzyiq göstərmək. Bu isə süni şəkildə gərginliyin yaranması deməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərə ərzaq yükü göndərməsinin əhəmiyyətini qeyd edən deputat bildirib: “İlk növbədə, dövlətimiz Qarabağdakı ermənilərin taleyindən narahat olan Ermənistana, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni, Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur. Eyni zamanda, bu ərazilər hər kəs, o cümlədən Ermənistanın da tanıdığı Azərbaycanın suveren torpaqlarıdır və burada yaşayan insanlar həqiqətən də “blokada”dırsa, rəsmi Bakı onların problemlərini özü həll edə bilər. Lakin əgər Qarabağdakı ermənilər bundan imtina etsələr, bütün bunların bir yalan olduğunu dünyaya nümayiş etdirəcəklər”.
Komitə sədri qeyd edib ki, Azərbaycanın humanist mövqeyinə baxmayaraq, Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa çalışırlar. Əgər Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycana inteqrasiya, dinc yanaşı yaşamaq haqqında düşünürlərsə, bu humanitar yardımı qəbul etməlidirlər. Azərbaycan hər zaman humanist mövqedən çıxış edir, sülhə nail olmaq üçün töhfələr verir. Buna çox nümunələr göstərmək olar. Bu günlərdə Azərbaycan bayrağını təhqir edən və sərhəddə saxlanılan ermənilərə qarşı kifayət qədər humanist cəza tətbiq edildi. Təqsirləndirilən şəxslərin əməllərini səmimi etiraf etmələri nəzərə alındı, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, humanizm prinsipi tətbiq edilməklə barələrində cinayət təqibinə xitam verildi. Əlbəttə ki, biz heç bir zaman dövlətimizə, vətəndaşlarımıza qarşı edilən cinayətləri unuda bilmərik və unutmayacağıq. Lakin biz həm də gələcəyə baxırıq, bütün ağrı, faciə və çətinliklərə baxmayaraq, yeni səhifə açmağa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Bütün bunlar rəsmi Bakının Qarabağda yaşayan ermənilərə münasibətdə kifayət qədər səbirli və humanist mövqeyindən xəbər verir. Onlar da öz növbəsində başa düşməlidirlər ki, əgər Azərbaycan bayrağı altında, dinc şəraitdə yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarını qəbul etməlidirlər, əks halda başqa seçim edərək Azərbaycan ərazisini tərk edə bilərlər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay