Ömrü boyu ləyaqətini, mənliyini qoruyub saxlamağı bacaran Cəmil müəllim - FOTOLAR
Ömrü boyu ləyaqətini, mənliyini qoruyub saxlamağı bacaran Cəmil müəllim

Hörmətli Cəmil müəllim!
Sənin necə insan, necə bir yazar olduğunu bu cameədə bilməyən yoxdur. Sən gözütox, qismətinlə razılaşan, birinci növbədə özünə, daha sonra ətrafına qarşı tələbkar olan, düşündüklərini deyən və yeri gələndə yazan insansan. Mən bilirəm ki, sən jurnalistika, onun problemləri haqqında dərin bilik və bacarığını gənclərə öyrətməyə həmişə hazırsan. Onu da bilirəm ki, sən də çoxları kimi, son dövrlərdə yazılı media, jurnalistika və ümumən ədəbiyyat sahəsində baş verənlərdən narahatsan...

Əziz qardaşım, sən, yaxşı bilirsən ki, mən təbiət etibarı ilə narahat adamam. Təbii ki, mən də çalışdığımız və illərcə külünc vurduğumuz mətbuat sahəsində baş verənlərdən narahat olmaya bilmərəm. Bilirsən ki, mən daim jurnalistikanın inkişafı, onun qarşılaşdığı problemlər ilə bağlı fikirlərimi yazıb, mətbuatda çap etdirmişəm. Bu sahə ilə bağlı tövsiyyələrim, təkliflərim çox olub. Biz köhnə ənənələri qoruyub saxlamaq şərtilə dünya təcrübəsindən istifadə etməliyik. Əlinə qələm götürüb fikirlərini ağ vərəqə hopduramağı bacaran, sağlamlığı buna imkan verən hər bir yaşlı bu gün jurnalistikaya çox lazımdır. Mən qəti bilirəm ki, gənclər yaşlı, təcrübəli qələm sahibləri ilə birlikdə bu sahəni bölüşəndə onlardan əyani "dərs" ala bilərlər. Saç-saqqalını bu sahədə ağartmış, sağlamlıqlarını bu sahəyə qurban vermiş, illərin təcrübəsini qazanmış yazarları mətbuatdan uzaqlaşdırmaq olmaz... Qaldırdığım məsələlərdən bir neçəsi bu olub. Bir də yazılı medianı imkişaf etdirmək, onun qayğısına qalmaq lazımdır. 20 ilə yaxındır ki, “Ədalət və həqiqət” qəzetinin baş yazarı, sahibi kimi çalışmısan ki, hər bir sahənin inkişafını, eyni zamanda problemlərini əhatə edəsən, darda olana əl tutasan, kiməsə iynə ucu boyda yaxşılıq edəsən və bundan sonar bəlkə özündə rahatlıq tapasan. Bu xeyirxah missiyaları yerinə yetirəndən sonra çöhrəndəki sevinc hisslərin, qürurlu duruşun, baxışın istəmişəm ki, daimi olsun.
Əziz və dəyərli qardaşım, sənin haqqında çox yaza bilərdim, vaxtında yazmışam. Amma adamın könlündən yenə yazmaq keçir, qələmi tutan əlim yazmaq üçün qaşınır. Səni – qələm əhlinin sevimlisinə çevrilmiş yazarı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə - yazar dostuma möhkəm cansağlığı, uzun ömür və qəlbindəki arzularına çatmağını diləyirəm. Arzularıma qələm yoldaşlarının və Cəmilsevərlərin də qoşulacaqlarına tam əminəm.
Ömrü boyu ləyaqətini, mənliyini qoruyub saxlamağı bacaran Tur.az TV-nin rəhbəri, “Ədalət və həqiqət” qəzetinin təsisçisi və baş redaktoru Cəmil Zəbhulla oğlu Dadaşovu daha neçə-neçə illər aramızda, mətbuatda əlində yenə də kağız-qələm görməyi arzulayıram.
Bilirəm ki, mənim bu təbrikimə yuxarıda qeyd etdiyim kimi, qələmdaşların, dostların xüsusən də müəllimin Qəzənfər Qarayev, Akif Rzayev, Rahib Kərimli, Tahir Rəcəbov, Akif Hacıyev, Hamlet müəllim, Arif müəllim, Əlipənah müəllim, Şahid müəllim, Vidadi, Emil, Elyaz, Nəsib də qoşulacaqlar. — Şəhla Xəlilqızı,
başqa 29 nəfər
ilə birlikdə.

Hörmətlə: Daşdəmir Əjdəroğlu
Ömrü boyu ləyaqətini, mənliyini qoruyub saxlamağı bacaran Cəmil müəllim - FOTOLAR
Ömrü boyu ləyaqətini, mənliyini qoruyub saxlamağı bacaran Cəmil müəllim - FOTOLAR

Son xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?

Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub

Lamiyə Vəliyeva dünya çempionu oldu

Sabah hava belə olacaq

Özünü asan qız son anda xilas edildi

Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR

BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb

BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Namibiyada şirlərə görə məktəblər bağlanıb

Kaledoniya üsyanı: Fransa parçalana bilər - FOTO

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

Bərdə Tarix-diyarşünaslıq Muzeyində "Dünənimizin, bu günümüzün və sabahımızın carçıları" adlı tədbir keçirilmişdir. - FOTOLAR

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib

Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay həbsdə qalacaq

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

Pentaqon Kiyevə silah tədarükü ilə bağlı iclas keçirəcək

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031