Mart ayında yanan "Diqlas"la bu gün yanan "EuroHome"u nə birləşdirir? - VİDEO
Bu gün Binəqədi rayonu ərazisində - Bakı-Sumqayıt yolunun kənarında yerləşən "EuroHome" inşaat materialları bazarında güclü yanğın olub.

Yeniavaz.com xəbər verir ki, "EuroHome" MMC 02.07.1999-cu il tarixində dövlət qeyydiyyatına alınıb. Nizamnamə kapitalı 306 min 548 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Samir Lətif oğludur. Açıq intermet resurslarda yer alan məlumatlardan belə görünür ki, "EuroHome"un sahibi "AF-Holdinq"-in rəhbəri kimi təqdim edən Azay Möhnətovdur. Ticarət mərkəzinə faktiki rəhbəriyi isə İlyas Möhnətov həyata keçirib.

Məlumat üçün bildirək ki, "EuroHome" MMC müstəqil şirkət olaraq dövlət qeydiyyatına alınsa da, "AF-Holdinq" şirkətlər qrupunun tərkibinə daxil olduğu bildirilir. "AF-Holdinq"-in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, "EuroHome" MMC ilə birgə onlarla şirkət bu holdinqin tərkibində yer alıb. Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan "AF General Trading" şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, Holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da flialları vardır. "AF Holdinq"ə daxil olan şirkətlərin siyahısı bunlardı:

- "Everton"

- "Uğur-97"

- "AFSAN Plastik"

- "AF Business House"

- "AF Euro Home"

- "AF Mall"

- "AF Com Plaza"

- "AF Com Center"

- "Aqua Park Baku"

- " Aqua Park Shikhov"

- "AF Hotel Aqua Park"

Bundan başqa "AF-Holdinq"-in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə "AF Bank" təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.

Yanan ticarət mərkəzi ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu ilin mart ayında Nizami rayonu ərazisində yanan "Diqlas" ticarət mərkəzində zərər çəkən sahibkarlar üçün 5 ay icarə haqqı ödənilməmək şərti ilə "AF-Holdinq"ə məxsus ticarət mərkəzlərində yerlər təklif olunub.

Belə ki, İqtisadiyyat Nazirliyi "Diqlas" ticarət mərkəzində zərər çəkən sahibkarlar üçün Dərnəgül şossesində yerləşən "EuroHome" tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza, Təbriz küçəsində yerləşən "EuroHome Express"də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza, "AF-COM Plaza"da yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahədə hər biri 20 kv.m olmaqla bölmələr, S.Vurgun küçəsində yerləşn "AF-Center" ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza təklif edilib.

Əgər təklif olunan mağazalar sahibkarlar tərəfindən qəbul olunubsa, o zaman "Diqlas" ticarət mərkəzininin yanmasından sonra ən çox "qazanan" məhz "AF-Holdinq" şirkəti olub.

Son xəbərlər

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031