turaztv.az
turaztv.az

Milli Şura parlament seçkilərinə qatılmayacaq

10-12-2019, 18:03 57 dəfə baxılıb

Milli Şura parlament seçkilərinə qatılmayacaq
Milli Şura 9 fevrala təyin olunan növbədənkənar parlament seçkilərini boykot etmək barədə bu gün qərar verib.

Bu barədə AXCP sədri Əli Kərimli özünün feysbuk hesabında yazıb. "

Milli Şuranın Kordinasiya Mərkəzində gedən müzakirələrdən sonra, seçkilərdə iştirak etməmək və növbədənkənar parlament seçkilərini boykot etməklə bağlı kollegiyal qərar qəbul edilib”, deyə Kərimli bildirib.

Ölkənin digər iri müxalifət partiyaları olan Müsavat və Respublikaçı Alternativ partiyası seçkilərdə iştirak edəcəyini bildirib.

Dekabrın 2-si Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq parlamentin səlahiyyətlərinə xitam verilməsi və yeni seçkilərin təyin olunması ilə bağlı məsələ qaldırıb. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunub. Konsititusiya Məhkəməsinin müsbət rəyindən sonra, Azərbaycan prezidenti milli məclisin buraxılması və 2020-ci ilin 9 fevralına yeni seçkilərin təyin olunması ilə bağlı qərar qənbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yanvar 2020 (233)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)