XƏYAL MƏMMƏDXANLINI SORUŞANLAR... - FOTOLAR
XƏYAL MƏMMƏDXANLINI SORUŞANLAR...


Əlimdə olan kitab neçə-neçə publisistik, ədəbi-tənqidi məqalənin və oxunaqlı kitabın müəllifi kimi tanınmış istedadlı qələm sahibi, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, Xəbərlər İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun və Vüqar Məmmədxanlının “Xəyal kimi ömür” adlı ədəbi xatirələr kitabıdır. 2023-cü ildə “İndigo Print House” MMC-də buraxılmış bu nəfis kitab çağdaş Azərbaycan dövlətinin nüfuzunu özünün nümunəvi hərəkətləri, dövlətə yüksək xidməti ilə qaldırmış, ömrünün son günlərinədək dövlətin çiçəklənməsinə fədakarlıqla çalışmış el oğlu Xəyal Məmmədxanlının anadan olmasının 45 illiyinə, eləcə də onun ictimai həyatdakı nüfuzuna, hörmətinə, dövlətə sədaqətinə həsr olunub.
İstedadlı yazar Y.Məhəmmədoğlu və V.Məmmədxanlı tanınmış iş adamı, biznes üzrə məsləhətçi, sığorta mütəxəssisi Xəyal Məmmədxanlının işinə, fəaliyyətinə yaxından bələd olan bir yazar kimi onun ədəbi portretini bir neçə bölümə ayırıb.
Y.Məhəmmədoğlu yazır: “Xəyal kimi Vətəni ürəyinin başında saxlayanların yeri də qəlbimizdə və düşüncələrimizdə daim yüsək yerdə olmalıdır. Çünki bu ömürdən hər birimizin götürə biləcəyimiz örnəklər var. Əziz oxucu, sən hələ Xəyal Məmmədxanlı haqqında məlumatlı olsan belə, onu bu kitabə yazanlar, onun haqqında məlumatlı olsan belə, onu bu kitabı yazanlar, onun haqqında xatirələrini danışanlar, qədər tanımırsan. Amma sənin üçün də də onu tanıma imkanı yaranıb. Elə isə şansını qaçırma. Çevir kitabın səhifələrini...” Bir kitabda olsa belə, Vətən sevdalısının, üstəlik hələ də üzdən tanımasam belə çoxcəhətli səmərəli fəaliyyətə malik şəxsiyyətin mükəmməl ədəbi portretini oxucu kütləsinə çatdırmaq çox çətindir. Çünki hər kəsin qəlbində bir Xəyal Məmmədxanlı obrazı var, mən qələmə aldığım bu ədəbi portretdə yalnız həmin obrazın ştrixlərini tamamlamağa yardım göstərmək fikrindəyəm.
Bu gün Yusif Məhəmmədoğlu yaradıcılığına nəzər yetirdikdə görürük
ki, onun həyata ictimai-fəlsəfi baxışı yaradıcılığında poetik həllini taparaq obrazlaşır, əsərləri öz fəlsəfi və poetikası ilə hər vaxt oxucu qəlbinə yol tapır.
Gənc, lakin təcrübəli və bacarıqlı mütəxəssisin şəxsiyyətinə, insanlığına, fəaliyyətinə, ictimai həyatdakı xidmətlərinə, şəxsi keyfiyyətlərinə yüksək qiymət verən görkəmli alim, pedaqogika üzrə fəslsəfə doktoru, əməkdar elm xadimi, professor Nazim Kazımov “Xatirələrimizdə yaşayan Xəyal” adlı xatiratında: “Pandemiyanın Azərbaycan sığorta bazarına təsirindən danışarkən “Həyat sığortaları içərisində ən çox sığorta haqqı toplanan sığorta növü həyatın yaşan sığortasıdır” söyləyən Xəyal öz həyatını sığortalaya bilmədi. Cavan, həyat eşqi ilə dolub daşan, savadlı, yüksək mütəxəssis, xeyriyyəçi, gözəl bir insan bu fani dünyaya əbədi olaraq gözlərini yumdu. Çox əfsuslar olsun ki, biz Xəyal kimi qeyrətli Azərbaycan oğlunu itirdik”.
Xyalın yaşam fəlsəfəsi çox rəngarəng olub. Onun Yurd sevgisi,
Vətən məhəbbəti, sevgi, dünyanın gərdişi həyatında addım-addım hiss edilir. Xəyalın haqında hazırlanmış sənədli filmə tamaşa edəndə də bunu sezdik. Filmdəki aparıcı Azər Aydəmirin kadrarxası səsində bu xarakter bütünlüklə tamaşaçıya çatdırıldı.
Filmi seyr edəndə, bu kitabı oxuyanda da onun iki dünyasının olduğunu müşahidə etdik. Birinci onun iç dünyası, özü, bir də hamımızın yaşadığı dünya…
Kitabda yazılan rəylərdən, xatirələrdən belə qənaətə gəlmək olur ki, Xəyal 45 illik ömürlüyündə iki o qədər yaşayıb. Həmin rəylərdə onun dünyaya gəlişindən söz açılır. Kimsə yaxşı deyib: “Əgər insan dünyaya gəlibsə, o, dünyanın onu yüklədiyi bütün problemləri, çətinlikləri, sevinci, kədəri, dərdi-qəmi ilə razılaşmalıdır, mübarizə aparmalıdır. Bax, həyat onda maraqlı olur, gözəl olur, rəngarəng olur, bilirsən ki, həyatda sən də yaşayırsan...”
X.Məmmədxanlı isə həyatının bir gününü belə maraqsız yaşamayıb, haraya üz tutubsa, bir rəngarənglik axtarıb...

***

Məni xatırlayan,
Soruşan olsa,
Üzüm ellərədir,
Ünvanım şeir.
Kim məni tapanda
pərişan olsa,
Özümə tutduğum
divanım - şeir...

Bu həzin misralar ömrünün çiçəklənən vaxtında dünyasını dəyişmiş mərhum şairimiz Səyavuş Sərxanlıya məxsusdur. Şairin ünvanı şeir olub. Ünvanı şeir olanlar isə ölmürlər. Elə bil Səyavuş müəllim bu misraları qələmə alanda özünü yox, Xəyalı nəzərdə tutubmuş. 10-12 gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında X.Məmmədxanlının doğum günü münasibətilə keçirilən tədbir və burada səslənənlər də bunu təsdiq etdi. Tədbirdə Xəyalın ölməzliyindən, əbədiyaşarlığından danışıldı. Əlbəttə, mənim məqsədim tədbir haqqında informasiya vermək deyil. Məqsədim dostum Yusif Məhəmmədoğlunun və Vüqar Məmmədxanlının “Xəyal kimi ömür” adlı ədəbi xatirələr kitabı haqqında ümumi təəssüratımı və xatirələrimi yazmaqdır. Xəyal təkcə bir sığortaçı, iqtisadçı kimi deyil, bir insan kimi də onu tanıyanlar üçün əziz adam olub. Çıxış edənlər öz təəssüratlarını bölüşərkən bir məqama toxundular ki, X.Məmmədxanlının xasiyyətindəki həlimlik, çöhrəsindəki abır-həya işığı, böyük-kiçiklə ölçülü-biçili rəftarı onu özlərinə cəlb etmişdi. Özü təvazökar, mənəm-mənəmlikdən uzaq, səmimi bir insan olduğu üçün hər bir addımında da, rəftarında da, insanlarla münasibətində də səmimiyyət işığı olub. Şair demişkən:
Ey məni sevənlər, ey sevməyənlər,
Sizi düşünürəm, qurbanam sizə.
Dalımca yaxşı söz, pis söz deyənlər,
Qəlbimi döşərəm qədəminizə.

Nə fərqi var imiş - eyni yoldayıq,
Siz bir az qabaqda, mən bir az dalda.
Nə fərqi var imiş - eyni haldayıq,
Mən bir az qabaqda, siz bir az dalda...


Xəyal da çox gözəl bilirdi ki, həyat vəəmək yolunda hamı qabaqda
ola bilməz. Bunun üçün darılmaq lazım deyil. Çünki bu yol Vətənə, xalqa xidmət yoludur. Hərə bacardığı qədər, öz imkanı daxilində elinə, obasına xidmət edirsə, bu özü təqdir olunmalıdır.
Xəyal da bu əqidənin sahibi idi. Ona görə də paxıllıqdan, dedi-qodudan, qeybətdən uzaq adam təsiri bağışlayıb.
“Sığorta mütəxəssisi” kimi tanınmış Xəyal Məmmədxanlı ömrünü cəmi 45 il sığortalaya nildi. Özlüyündə indiki zamanda 45 ilömür elə də çox deyil. Bu ömrü adətən nərgiz ömrünə də bənzədirlər. Xəyal da nərgiz ömrü yaşadığı üçün dostları “hayıf ondan, vaxtsız getdi!” - dedilər. Səməd Vurğun demişkən: “Şair olan qəm də yeyir”. Xəyal da qəm yeyirdi. Çünki Qarabağ boyda dərdimiz vardı. O, Qarabağın bugününü öz fəhmi və uzaqgörənliyi
ilə çoxdan duymuşdu. Yusif Məhəmmədoğlu demişkən: “… Xəyalın ömrü Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra ancaq 33 günə çatdı… 42 illik bir ömrün 30 ilini torpaq həsrətinin acısı, 33 gününü qələbə sevinci yaşamaq da bir taledir”.
Yeri gəlmişkən onu da qeyd edim ki, Xəyalın böyük qardaşı İlqar Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Kolanı kəndinin ilk Qarabağ şəhidi kimi adını Qələbə tariximizə yazdırıb.
Rəyləri oxuyarkən Xəyalın daxili, zahiri də gözlərim önündə canlandı. O, zahirən çox sakit, təmkinli olub. Ona görə də dostları onun daxilən nələr çəkdiyindən xəbərsiz idilər. Ancaq yeri gəldikcə dostları ilə söhbətlərində bunu büruzə verirdi.
Dostların fikrinə görə, Xəyal dostcanlı adam kimi yaddaşlarda alıb. Onun dostları təkcə çalışdığı sahənin adamları deyil, həm də müxtəlif peşə sahibləri, adlı-sanlı adamlar idilər. O, yeri gəldikcə dostlarına borclu qalmırdı. Söhbətlərində onların işindən, əməlindən söz açıb başqalarına da sevdirir, atdığı addımlarda, etdiyi xeyirxahlqılarda səxavətlə çatdırırdı. O özü dostluqda sədaqətli, etibarlı olduğu üçün onlardan da bunu gözləyirdi. Dostunun etibarsızlığı, ona arxa çevirməsi Xəyalı yandırıb-yaxsa da, bu, nifrətə çevrilmirdi.
Dostların xatirələrini vərəqləyib oxuduqca görmək olur ki, həqiqətən X.Məmmədxanlı tamam ayrı cür insan olub. Həmin fikirlər dostların ürək çırpıntılarıdır. Onların bir-birinə qardaş qədər doğma olduqlarını cəsarətlə fikirləşmək mümkündür. Hətta milliyyətindən asılı olmayaraq. Çünki onların ürək döyüntüləri, amalları birdir. Onların hər birinin ürəyi milli dəyərlər üstündə köklənib. Amalları milli olduğu qədər də bəşəridir. “Xəyal kimi ömür” kitabı Xəyalın əziz xatirəsinə layiqli bir töhfədir. Təəssüf ki, o bu kitabı görə bilmədi. Kitabda toplanmış dost sözü ilə yanaşı Xəyalın müxtəlif informasiya vasitələrinə verdiyi müsahibələri, mülahizələri və məqalələri ilk dəfədir ki, kitaba daxil edilib. Bu barədə ayrı-ayrılıqda geniş danışmaq olar. Onların bədii tutumu buna imkan verir. Çünki kitab istedadlı bir yazarın və onun dostunun qələmindən çıxıb. Hər yazıda, hər rəydə qaynar bir ilhamın
istisi var. İnanıram ki, dəyərli oxucularımız, Xəyalsevərlər “Xəyal kimi ömür” haqqında daha əhatəli, daha geniş yazacaqlar. Çünki o sevən, sevilən insan idi. Və burada yenə də S.Sərxanlının bir bəndi yada düşür:

Ömür çal-çağır payı,
Ürək arzu yuvası:
Məhəbbətdir, məhəbbət
Həyatın ilk mənası...
Beləcə mahnı ötən
Bir sarı simdi dünya.
Dünya sevənlərindi,
Sevənlərindi dünya.

Şair düz deyib: Dünya sevənlərindi, sevməyənlər üçün isə dünya cəhənnəm əzabıdı. Bu da həqiqətdir ki, sevməsən sevilməzsən. Beləsinin bir çınqıl, bir qum dənəsi qədər dəyəri yoxdur.
Yazıqlar olsun belələrinə! Təəssüf ki, dünya onlardan xali deyil...
Xəyal Məmmədxanlını soruşanlar!.. “Xəyal kimi ömür” kitabının müəllifləri Yusif Məhəmmədoğlu və Vüqar Məmmədxanlı böyük bir missiyanı öz üzərlərinə götürdükləri üçün onlara öz minnətdarlığımı bildirirəm. Ümidvaram ki, bu kitab Xəyal Məmmədxanlı haqqında və onun ictimai fəaliyyəti, sığorta sahəsindəki əvəzsiz xidməti, çağdaş həyatımızda bir fədakar, prinsipial insan kimi hörməti, nüfuzu ilə tanış olmaq istəyənlərə bələdçi rolunu oynayacaq. Sizlərə yaradıcılıq uğurları...

Daşdəmir ƏJDƏROĞLU
XƏYAL MƏMMƏDXANLINI SORUŞANLAR... - FOTOLAR
XƏYAL MƏMMƏDXANLINI SORUŞANLAR... - FOTOLAR
XƏYAL MƏMMƏDXANLINI SORUŞANLAR... - FOTOLAR

Son xəbərlər

İtaliya Albaniyanı məğlub edib

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Husilərin hücumundan sonra alovlanan gəmi Yəmən sahillərində batır

Tramp ABŞ-ın üçüncü dünya müharibəsindən xilas edilməli olduğunu deyib

Nəriman Ələkbər oğlu Səfərlər-100

ABŞ İsrailin Livana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmağından qorxur

ABŞ Somaliyə zərbələr endirib, İŞİD lideri və silahlılar zərərsizləşdirilib - YENİLƏNİB

Azərbaycanda Qurban bayramı qeyd olunur

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Almaniya kansleri Olaf Şolts Ukraynada atəşkəsə qarşı çıxıb

Mingəçevirdə Kür çayında qayıqda yanğın zamanı 10 nəfər xəsarət alıb - YENİLƏNİB

“Vəhdəti-vücud” günü

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

İspaniya Xorvatiyanı məğlub edib

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Qəbələdən dəhşətli xəbər gəldi: Ölənlər var

Bu il ölkəmizə gələn əcnəbilərin sayı AÇIQLANDI

Taksi sürücüləri üçün yeni tələb irəli sürüldü

Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir?

8-ci sinif şagirdinin nişanlanması ilə bağlı araşdırma aparılır

Müdafiə Sənayesi Nazirliyində yeni təyinat

Qarabağda mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırıq

Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü - ŞƏRH

Məşhur ilahiyyatçı vəfat etdi

Şuşada iki yeni məscid tikilir

Bu gün Milli Qurtuluş Günüdür

Bu, gələcəyin tələbidir — 700 bal toplayan Zərifə xaricdə oxumaq istəyir

Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930