turaztv.az
turaztv.az

Dostunu öldürüb, evini yandırdı - Cinayətin təfərrüatı

9-12-2019, 10:57 58 dəfə baxılıb

Dostunu öldürüb, evini yandırdı - Cinayətin təfərrüatı
Astarada 57 yaşlı kişinin evdə yanaraq ölməsinin təfərrüatı məlum olub.
Şiyəkəran kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Sadiq Novruz oğlunun evində baş vermiş yanğın nəticəsində onun dostu Əliyev Cabir Mürvət oğlunun ölməsi barədə məlumat verilib.

Astara Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, C.Əliyev öldürülərək yandırılıb.

Şübhəli şəxs qismində saxlanılan S.Əliyev dostunu qətlə yetirdiyini etiraf edib.

Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə, yanğın baş verib və ev tam yanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yanvar 2020 (233)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)