turaztv.az
turaztv.az

ABŞ-da hərbi təhsil alan xarici tələbələr yoxlanılacaq

8-12-2019, 15:07 48 dəfə baxılıb

ABŞ-da hərbi təhsil alan xarici tələbələr yoxlanılacaq
Pentaqon Florida ştatında baş vermiş silahlı insidentdən sonra ABŞ-da hərbi təhsil alan xarici tələbələri yoxlayacaq.
Bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

“Komandamız ölkəmizə gələn əcnəbi tələbələrin düzgün seçilməsini və yoxlanmasını təmin etmək üçün sərəncamımızda olan bütün tədbirləri öyrənir. Biz onların kim olduğunu yaxşı bilməliyik”, - deyə Esper bildirib.

Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi Məhəmməd Səid əl-Şəmrani 3 nəfəri öldürdükdən sonra intihar edib. Hadisə nəticəsində daha 8 nəfər də yaralanıb.

Tələbənin terrorçularla əlaqəsinin olub-olmadığı müəyyənləşdirilir.

Əl-Şəmrani hərbi bazada 2017-ci ildən təlim keçirdi. Onun tədris proqramı 3 il sürməli idi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcəyini bildirib. (Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yanvar 2020 (233)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)