turaztv.az
turaztv.az

Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazandı

7-12-2019, 12:00 45 dəfə baxılıb

Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazandı
Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev üçqat dünya çempionu adını qazanıb.

"Report"un məlumatına görə, artıq karyerasını başa vurmuş titullu idmançı buna 10 ildən sonra nail olub. Paşayevin 2009-cu ildə Cənubi Koreyanın Koyan şəhərindəki dünya çempionatında 94 kq çəki dərəcəsində əldə etdiyi gümüş medal "qızıl"la əvəzlənib. Buna səbəb həmin mundialın qalibi olmuş qazaxıstanlı Vladimir Sedovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Sedov 8 il müddətinə diskvalifikasiya olunub və onun 2016-cı ilədək olan bütün nəticələri ləğv edilib.

Artıq bu dəyişiklik Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytında da əksini tapıb.

Beləliklə, Paşayev birinci pilləyə qalxıb və Azərbaycanın ağırlıqqaldırma idmanı tarixində 3 qat dünya çempionu adını qazanmış ilk idmançısı olub.

Qeyd edək ki, Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var. Bununla yanaşı, Paşayevin dopinq-testi müsbət nəticə verdiyi üçün 2006-cı il Avropa çempionluğu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı nəticəsi (5-ci yer) ləğv olunub.

Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yanvar 2020 (233)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)