SÖZ DÜNYAM, ÖZ DÜNYAM  (poema)
SÖZ DÜNYAM
ÖZ DÜNYAM

(poema)

Üzündədir körpə ən saf təbəssüm,
Yarpaqdı budaqda ən doğru düzüm.
Ən kövrək duyğudur mənim qəlb sözüm,
Dayağım, dirəyim mənim söz dünyam,
Çırpınan ürəyim mənim öz dünyam.

Axır ömür kimi, tələsən sular,
Baxça-bağa axıb, bostanı sular.
Ömrümün axarı olub arzular,
Yetibdir arzudan mənim söz dünyam,
Bitibdir, göyərib mənim söz dünyam.

Ağ rəngdədir bəzən, təzə gəlin tək,
Qara rəngdə bəzən kömürləşərək.
Gah da bahar kimi al-əlvan çiçək,
Açır qönçə-qönçə mənim söz dünyam,
Nur saçır zülmətə mənim söz dünyam.

Rəngdən rəngə düşüb, rənğə rəng vurur,
Sirli hər rəngin də, bir mənası var.
Sakit edər məni, bəzən də yorar,
Həyatımın rəngi mənim söz dünyam,
Ahəngi romantik mənim söz dünyam.

Rəngi var hər şeyin, həm də hər səsin,
Bil xarakterini rənglə hər kəsin.
Sözümə toxunma, başımdan kəsin.
Dərdin məktəbidir mənim öz dünyam,
Sözün məbədidir mənim söz dünyam.

Yad rənglərə ögey gözüm baxmadı,
Mənim sözlərimin rəngi doğmadır.
Qoşulub hər suya, sözü axmadı,
Mənbəyi ürəkdə mənim öz dünyam,
Diləkdə, arzuda mənim söz dünyam.

Var sözlərim mənim qara libasda,
Qara geyinənlər, oxuyub yasda,
Yol tapa bilibdir hər basabasda.
Qumraldı gözləri mənim söz dünyam,
Lalədəki xaldı mənim söz dunyam.

Qırmızı libasda qızılgül dərib,
Sevən könüllərə sovqat göndərib,
Ağ donunu geyib, ağ çiçək verib,
Yoxlayıb sarını mənim öz dünyam.
Qoxlayıb hər gülü, mənim söz dünyam.

Bu nəhəng dünyada incidi dünyam,
Bu rəngli dünyada rənglidi dünyam.
Rübabım çalınan, Cəngidı dünyam,
Sehrlə-sirr dolu mənim söz dünyam,
Müqəddəsdir yolu mənim öz dünyam.


PÜSTƏ RƏVAN

05.06.2023 (ardı var)

Son xəbərlər

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031