Əliyev-Putin-Paşinyan görüşü: Sülhün neçə addımlığındayıq? - TƏHLİL

Bu gün Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçiriləcəyi gözlənilir.

Hər bir vəziyyətdə Moskva görüşü üç əsas struktur üzrə diqqət çəkir:

- Qarabağa statusla bağlı məsələlər gündəlikdən tamamilə çıxarılıb, status Rusiya üçün də əhəmiyyət kəsb etmir;

- Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şərtlərini qəbul edib və Azərbaycanın ərazi hüdudlarını göstərib;

- Paşinyan Ermənistanın Qarabağla bağlı iddialarından əl çəkdiyini göstərir, İrəvanın ənənəvi ritorikası kül olur.

Görüşdən qabaq Paşinyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı xoşməramlı mesajlar verməklə növbəti danışıqlarda razı olacağı məqamlara erməni cəmiyyətini hazırlaşdırmaq məqsədi güdür.

Mühüm məsələlərdən biri Zəngəzur dəhlizi layihəsi ilə bağlı razılaşmaların olmasıdır, ancaq Paşinyan yenə dəhliz məntiqinin olmayacağını bildirir.

Ümumilikdə Ermənistan dediyi sözü əməldə göstərmək üçün davamlı və praqmatik qərarlar çıxarmalıdır.

Azərbaycanla Ermənistanın Qərbdəki görüşlərinin çərçivəsinin, ardınca iki ölkənin XİN başçılarının Rusiyadakı görüşündə razılaşdırılan məqamların Kreml saatına uyğunlaşdırılması Moskva üçün vacibdir.

Rusiya 10 Noyabr Bəyanatı ilə başlayan sülhyaratma missiyasını öz tezislərinin üstün olduğu sənədlə yekunlaşdırmaq istəyir. Ancaq hələ sülh müqaviləsinin istər Qərbdə, istərsə də Rusiyada bütünlüklə deyil, maddə-maddə razılaşdırılması həyata keçirilir.

Rusiya indi çalışır ki, maddələr üzrə əldə edilmiş razılıqları kompleks şəkildə birləşdirsin və Moskva görüşü ilə onun nəticələrini elan etsin.

Lakin yekun hərtərəfli razılaşdırma üçün isə regionda bir sıra xətlər götürülməlidir, məsələn, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti, Ermənistanın hərbisizləşdirilməsinə dair öhdəliklər buraya daxildir.

Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin xidməti fəaliyyəti üçün isə zəminlər tədricən aradan qaldırılır, rəsmi Bakı Laçında sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra isə rusiyalı hərbçilərin Qarabağdakı missiyası məhdudlaşır.
Əliyev bu məhdudlaşmaları görüşdə qeyd edə bilər, yəni sülhməramlıların yerdə qalan müddətdəki fəaliyyəti perspektivdə onların regiondan çıxmasına xidmət etməlidir, qalıcılığına deyil.

Ermənistanın hərbi ilə bağlı məhdudiyyətləri qəbul etməsi də şərtdir, lakin bu məsələdə İrəvan da, Rusiya da, Qərb də gücü bir nöqtəyə vurmurlar.

Çünki regionda vəziyyəti qızışdırıb onu idarə etmək arzuları var olduqca Ermənistanın silahlanması da gündəlikdə qalacaq, ancaq indi İrəvanı Kreml deyil, İran, Fransa, Hindistan kimi dövlətlər silah-sursatla təmin edirlər.

Paşinyan da belə mənzərədən cuşa gələ bilər, ona görə də onun Moskva görüşündən öncə dediklərini rəsmiləşdirən qərarların verilməsinə Azərbaycan çalışır. Rusiya üçün də Paşinyanın dedikləri məqbuldur, çünki Moskva Ermənistana vaxtilə qoyduğu strateji sərmayələri geri çəkir və onu Bakının xeyrinə dəyişdirir.

İndi danışıqlar ona görə həlledicidir ki, sülh müqaviləsi üçün Ermənistan hökuməti güzəştləri böyük ölçüdə qəbul etmək həddinə çatdırılıb – Azərbaycanın şərtləri əsasında.

Paşinyan həmin güzəştlər silsiləsindən yola çıxaraq həll yolları axtarır, lakin ortada bir məsələ də açıq qalır.

Azərbaycanın sərhədlərin delimitasiyası fonunda azərbaycanlıların öz dədə-baba torpaqlarına geri qaytarılması barədəki mövqeyinə İrəvan susur, deməli ki, bu məsələdə razılıq əldə edilməyib. Mütləq sülh üçün isə həmin razılıq vacibdir, Əliyev Paşinyana bu mövzunu da xatırlada bilər.

Azərbaycanla Ermənistan arasında sülh yaxındadır, amma əl çatacaq məsafədə deyil, çünki geniş aspektlər üzrə bütöv razılaşma yoxdur.

Paşinyan isə ara-sıra yenə də Rusiyanın patronajlığı altında olan KTMT qüvvələrinin regiona gəlməsi barədə sürüşkən mövqe göstərə bilər ki, bu da sülh üçün lazım olan vaxtı təxirə salar.

Başqa səbəb, Ermənistan yekun sülhə indi imza atsa, bu, revanşist qüvvələr tərəfindən təslim olmaq kimi qəbul ediləcək və Ermənistandakı daxili siyasi vəziyyət pozulacaq, aydın olmayan nəticələr isə digər oyunçuların region üzrə maraqlarını yeniləmələrinə gətirib çıxara bilər.

Son xəbərlər

Zelenski İlham Əliyevlə görüşü haqda nə YAZDI

Türkiyəni gözləyən ən böyük təhlükə açıqlandı

Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ

Bakıda yük maşınının iştirakı ilə zəncirvari qəza baş verib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya səfəri başa çatıb

Bakı Fond Birjasının təşkilatçılığı ilə “Emitent Günü” təşkil ediləcək

Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək

“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb

Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də and içəcək

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub - FOTOLAR

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib - FOTO

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gizir hazırlığı kursuna qəbul elan edildi

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Prezident Zirvə toplantısı çərçivəsində işçi lançda iştirak etdi

Düşmən Tovuz və Şuşanı ATƏŞƏ TUTDU

Mehriban Əliyevadan Uşaqlar Günü ilə bağlı PAYLAŞIM

Toydan gələn qayınana kürəkənini bıçaqladı - MƏHKƏMƏ

İlham Əliyev Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gəldi - FOTO

Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO

Azərbaycanda güclü külək məktəbin damını uçurub

Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI

Yeni cərimələr hazırlanır - 300 manatdan 4000-ə qədər

Bakıda usta faciəli şəkildə ölüb

Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı DƏYİŞİKLİK

Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib: Kommunal təchizatda hansı problemlər yaranıb? - YENİLƏNİB

Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş gözlənilir

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bütün xəbərlər
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930