EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...

Yaşımın bu çağında tez-tez özümdən soruşuram: Görəsən, ötüb keçən illərdə bacılarımın mənə etdikləri yaxşılığın, xeyirxahlığın əvəzini verə bilmişəmmi? Bacılarmı ana bilirəm bu yaşımda. Sabahlarıma boylanan gözlərim deyirəm, könül mülkümü qübarlanmağa qoymayan ruh deyirəm onlara, hər duamın mübtədası bacılarımdır. Mənə elə gəlir ki, anamın ruhunun səsini eşidirəm hər dəfə onları yada salanda: "Südüm halalınız olsun, əziz balalarım!"
Biz iki qardaş, iki bacıyıq. Elə bil valideynlərimiz bizi qram-qram dünyaya gətiriblər darıxmayaq deyə. Bir-birimizə dayaq olaq, dəstək verək deyə. Bir-birimizin acılarını, ağrılarını birgə yaşayaq, daşıyaq deyə. Böyük bacım Badamxanımın 60 illiyində sözümü demişdim, ürəyimi boşaltmışdım. İndi isə növbə ondan kiçik, məndən iki yaş böyük bacım Nazxanımın 60 illiyinədir. Düzdür, təbrik bir az ləngiyib, bir az gecikdirmişəm. Çünki əlimdə təcili, vacib iş olduğu və özümün bu təbrikə hazır olmadığım üçün belə alındı. Əsas odur ki, təbriki yazıram. Ataların bir məsəli var: “Balığı nə vaxt tutsan, təzədir”. Elə bu prinsiplə də yanaşıb bu sətirləri yazır, “ürəyimi boşaldıram”.
Bəli, əziz bacım, bu günü də gördük, amma sevimli yeznəmiz, sənin 10 il əvvəl bu dünyadan köçmüş həyat yoldaşın Akif Əliyev bu günü görə bilmədi. Amma onun da, atamızın da, anamızın da ruhları şaddır ki, sənin yubileyini adına layiq, onların görə biləcəkləri səviyyədə qeyd etdik. Sən öz evində yubiley tədbiri keçirmək istəmədin. Amma aman-zaman bir oğlun Emin səni bir bəhanə ilə evdən çıxarıb gəzinti adı ilə böyük bacıgilə gətirdi. Səni başa düşürəm, Akifsiz bu günü qeyd etmək istəmədin, bu, sənə aöır gəlirdi. Amma biz onun ruhu şad olsun deyə bu addımı atdıq.
Sən Akifsiz bir balanı oxşayırsan, ona nəvaziş, diqqət göstərirsən. O, atasızlığın təsəllisin elə sənin nəvazişlərində tapır... Ən əsası yeganə övladının cəmiyyətdə layiqli yer tutmasında, onun həyat yollarında inamla, büdrəmədən addımlamasında bir valideyn kimi missiyanı azacıq olsa da, yerinə yetirməyin ona da, mənə də, bütün qohumlara da təskinlik verir. Onu bilirəm ki, mənim etdiklərim və bundan sonra edəcəklərim bacımın mənə bacı olmasını, bacı nədi, hərdən ana olmasını, illər öncə orta məktəbdə oxuyarkən mənə müəllimik etməsini heç vaxt əvəz edə bilməz.
Anasızlığımı mənə bacılarm unutdurur... İkiniz də mənə doğmasınız, əzizsiniz, sevimlisiniz, istəklisiniz...
2019-cu ildə mənim səhhətimdə yaranmış problemlə bağlı xəstəxanada yatanda, daha doğrusu, ora məni aparanda başımın üstünü Qənbərlə sənin yeganə ciyər-paran Emin aldılar. İkisi də başımın üstünü kəsdirmişdi. Elə ki, məni reanimasiya şöbəsində yerləşdirdilər, ikisi, daha sonra yeznəmiz Kavus bir an belə buraxmadılar. Səhhətimlə maraqlandılar. Elə ki, palataya yerləşdirildim, özün məni yalnız buraxmadın. Səhər gəlib axşama doğru evə gedirdin. Axı Emin işdən gələcəkdi, onun yeməyi hazır olmalı idi. Hərdən sənə deyirdim ki, evə bir az tez get. Sən isə cavab verib söyləyirdin ki, mənim üçün səndən əhəmiyyətlisi, vacibi yoxdur. Onda üzümdə xəfif razılıq gülüşü yaranırdı. Ona əsl ana qayğısı gördüm səndə. Böyük bacımın baldızı Aləmzər xanım mən xəstəxanada yatan günlərdə dünyasını dəyişmişdi. Yas yerində olan bacıma bu xəbəri çatdıranda elə birbaşa oradan yanıma gəlmək, durumumu öz gözü ilə görmək istəyirdi. Onu sakitləşdirmişdilər ki, elə də narahat olma, durum yaxşılığa doğrudur. Amma ertəsi gün dözməyib o da yanımı kəsdirmişdi...
Bu gün ikinizin də əlləri çiynimə dəyəndə elə bilirəm anamla kəlmələşirəm...
Sən hər zaman elə o vaxtkı kimi, səssiz və sakitsən. Biz birlikdə böyümüşük, uşaqlığımız bir keçib, uşaqlığın gözlərimin önündədir. Atamın, anamın yaxşı oxuyan qızı. Özünün nümunəvi təhsilinlə atamızı da həvəsləndirmişdin ki, sənin ali məktəbdə oxumağın haqqında fikirləşsin. Hər yay BDU-da çalışan xalamızın ömür-gün yoldaşı Şulan Şirəliyev kəndimizə gəlir, bizim təhsilimizlə daha yaxından maraqlanırdı. Aramızda səni daha çox sorğu-suala tutur, sənin səviyyəni yoxlayırdı. Hər dəfə də səndən razı aldığı üçün atamıza tapşırırdı ki, bu qızının gələcəyi var, ona oxumaq lazımdır. Beləliklə sən orta məktəbi qurtaranda öz arzuladığın ixtisas üzrə deyil, ədəbiyyatçı olmaq məqsədilə bu fakültəyə daxil oldun. Sən orta məktəbdə dərs deyən müəllimlərinin etimadını özünün savadın, yüksək səviyyəli təhsilinlə doğrultdun. Rəhmətlik Şulan müəllim atamıza sənin haqqında sevindirici xəbərlər verir, həm tərbiyəni, həm də təhsilini misal çəkirdi. Bundan gözəl nə ola bilər valideyn üçün?
Hətta bir dəfə Şulan müəllimin böyük qardaşı Həsən Şirəliyev də imtahan zamanı sənin mübarziliyini, prinsipiallığını, cəsarətini və ən əsas da biliyini görüb ona demişdi. Hər dəfə sənin bu cəhətlərindən ağızdolusu danışırdı...
Uşaqlıqdan gözlərində o qədər məsum bir ifadə olub ki, o baxışlar hər zaman içimizi titrədir. Gözlərin çox gözəl, təmiz və məsumdu, mənalıydı...
Evimiz qonaqlı-qaralı olub… Atamız çox qonaqsevər idi. Yaxşı yadımdadır, sənin ali məktəbə daxil olmağın münasibətilə atamız kənddəki evimizdə böyük bir məclis qurmuş, qonaqlıq vermişdi. O dövr üçün böyük ziyafət sayılırdı. Böyük bacımız da, sən də o gün xeyli çalışdınız, qab-qacağın yuyulması. Hətta xörəklərin bişirilməsi, hazırlanması prosesində rəhmətlik anamıza köməklik göstərdiniz.
İllər keçdikcə biz böyüdük və müəyyən dövrdən sonra ata yurdumuzu bir-bir tərk etməyə başladıq, evlənən evləndi, işini dəyişən dəyişdi. Sən böyüyüb orta məktəbi qurtardığın zaman mən hələ orta məktəbin 8-ci sinfində oxuyurdum, onda cızma-qaralar yazır, o vaxtkı “Azərbaycan pioneri” qəzetində xırda xəbərlərlə çıxışlar edir, beləliklə, gələcək karyeram üçün çalışırdım. O da yadımdadır ki, məktəbdə belə bir tədbir keçirilirdi: “Məzunlarla görüş”. Sən də o tədbirlərdən birinə dəvətli idin. Məktəbimizin direktoru rəhmətlik Dəmir Nəzirov səni bu görüşdə o qədər təriflədi ki, özümün də içimdən tələbə olmaq hissi keçdi bir anlığa. Özün də çıxışında sənə dərs deyən müəllimlərin etimadını bir daha doğruldacağına söz verdin. Tale elə gətirdi ki, ali məktəbi qurtarandan sonra təyinatla vaxtilə oxuduğun Kamal Qasımov adına Basqal kənd orta məktəbində dərs deməyə göndərildi. Bu məktəbin partalarından pərvazlanan məzun artıq müəllim kimi sinfə daxil olacaqdı... Bunun həyəcanını səndən başqa kimsə duya bilməzdi. Müəllim kimi də məktəbdə nüfuz qazanmışdın. Hamı sənin sinfində oxumağa can atırdı. Bir neçə il dərs deyəndən sonra ailə vəziyyətinlə bağlı işdən çıxdın, sən də mənim kimi Bakıya üz tutdun, amma heç vaxt işləmədin...
Bilmirəm nədəndi, ancaq üzü güləndə güldüyüm, kədərləndiyində özündən çox üzüldüyüm insandı mənim bacım…
Əsalət və Əxlaq qanla gəlir… Sən çox gözəl bir nəslin qızısan, mayan təmizdir və damarlarında çox şərəfli bir ANAnın və ATAnın qanını daşıyırsan... Qanı təmiz gözəl qız, ondandır ki, anamız kimi çox gözəl bir ana oldun... Qeyd etdiyim kimi, Emin kimi bir oğulun, gənc və istedadlı yazarın anasısan. İnsan kimi insanlığa örnək olan bacım mənim...
Bəzən Allahım şeytanın çox olduğu yerə Sənin simanda mələklər göndərər. Sən yer üzünə göndərilən, olduğun hər yerdə insanlara örnək olan gözəllik mələyisən, mənim bacım…
Bu sətirləri qələmə alarkən ürəyimdən bacı haqqında şeir yazmaq keçdi. Amma şair olmadığım üçün bunu bacarmadım. İnternetdə müəllifi Elvin Elxanoğlu olan bir şeir xoşuma gəldi. Və bacımın 60 illik yubileyinə ərməğan etmək istədim.

Bacım, əziz bacım,
ay gözəl bacım,
Ay mənim dəyərlim,
mənim baş tacım...
Sənsən bu həyatda varım, dövlətim,
Sənsən mənim ən dəyərli zinətim.
Bir evdə keçibdir uşaqlığımız
O ən doğma olan,
o pak, ən təmiz,
İndi şəkillərdə axtardığımız,
O qayğısız keçən saf çağlarımız...
Birlikdə görmüşük gözəl günləri,
Birlikdə aşmışıq çətinlikləri,
Bir evdə böyüyüb başa çatmışıq,
Bir evdə etmişik dəcəllikləri...
Səninlə bağlıdır xatirələrim,
Hərdən düşünürəm,
salıram yada,
Bacıdan dəyərli, bacıdan əziz,
Görəsən bir varlıq varmı dünyada?!
Bacım, gözəl bacım,
mehriban bacım,
Bil ki, sən hər zaman mənə lazımsan,
Uca Yaradana şükürlər olsun,
Yaxşı ki, həyatda mənim bacımsan,
Bütün gözəlliklər qoy sənin olsun,
Qəm-kədər qarşına çıxmasın sənin,
Gözlərin gülüşün vətəni olsun,
Dərdlər ürəyini sıxmasın sənin...
Bacı hər qardaşa gərəkdir,gərək,
Dar gündə yanına ilk o gələcək.
Səninlə ağlayıb, sənlə güləcək...
Bacılar hər evə bəzəkdir, bəzək,
Bir bacı bir evdə solmayan çiçək,
Bacı ən xoş arzu, ən gözəl dilək,
Bacı bir anadır, analar mələk...
Gəlin, bacımızın dəyərin bilək.
Gəlin, bacımızın dəyərin bilək.

Və lap sonda sənə cansağlığı, qadın xoşbəxtliyi, övlad fərəhi arzulayıram. Bu təbrikə səni sevən bütün qohumlar, tanışlar qoşulur.
Hörmətlə,
qardaşın Daşdəmir

EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO
EVİMİZİN BƏZƏYİ BACIM MƏNİM...- FOTO

Son xəbərlər

Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusu mübarizəyə başlayır

Zelenski İlham Əliyevlə görüşü haqda nə YAZDI

Türkiyəni gözləyən ən böyük təhlükə açıqlandı

Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ

Bakıda yük maşınının iştirakı ilə zəncirvari qəza baş verib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya səfəri başa çatıb

Bakı Fond Birjasının təşkilatçılığı ilə “Emitent Günü” təşkil ediləcək

Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək

“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb

Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də and içəcək

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub - FOTOLAR

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib - FOTO

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gizir hazırlığı kursuna qəbul elan edildi

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Prezident Zirvə toplantısı çərçivəsində işçi lançda iştirak etdi

Düşmən Tovuz və Şuşanı ATƏŞƏ TUTDU

Mehriban Əliyevadan Uşaqlar Günü ilə bağlı PAYLAŞIM

Toydan gələn qayınana kürəkənini bıçaqladı - MƏHKƏMƏ

İlham Əliyev Zirvə toplantısında iştirak üçün Mimi qəsrinə gəldi - FOTO

Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO

Azərbaycanda güclü külək məktəbin damını uçurub

Bayram Səfərovun direktor qızı məktəbin ərazisini özəlləşdirdiyi üçün təhsil şöbəsinə ÇAĞIRILDI

Yeni cərimələr hazırlanır - 300 manatdan 4000-ə qədər

Bakıda usta faciəli şəkildə ölüb

Qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı DƏYİŞİKLİK

Sel İsmayıllıdan Lahıca gedən yolu kəsib: Kommunal təchizatda hansı problemlər yaranıb? - YENİLƏNİB

Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş gözlənilir

Bütün xəbərlər
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930